Həll terror təşkilatının bu torpaqlardan rədd olub getməsidir

Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Ankarada jurnalistlərin gündəmə dair suallarını cavablandırarkən söylədi.

926511
Həll terror təşkilatının bu torpaqlardan rədd olub getməsidir

 Türkiyənin Baş naziri Binəli Yıldırım paytaxt Ankarada jurnalistlərin gündəmə dair suallarını cavablandırdı.
 
Yııldırım : "Suriyada da Türkiyə Silahlı Qüvvələri əvvəl "Fərat Qalxanı" (2016), sonra Afrin Bölgəsində "Zeytun Budağı" əməliyyatını həyata keçirdi.  Nə vaxt ehtiyac duyulsa, əməliyyatlar aparılır. İraq hökuməti ilə də yaxın təmasdayıq. Ümidvaram terror təşkilatı DEAŞ və separatçı təşkilat PKK-nın məhv edilməsi üçün qarşıda daha yaxın əməkdaşlıq edəcəyik" dedi.
 
Baş nazir Ədalət və İnkişaf Partiyasının Siyasət Akademiyasında etdiyi çıxışında da "Zeytin Budağı" əməliyyatının regionda təhlükəsizliyi təmin etmək üçün aparıldığını bildirərək: "Bəzən həll prosesi deyirlər. Həll terror təşkilatının bu torpaqlardan rədd olub getməsidir. Bundan başqa həll yolu yoxdur" dedi.
 
 Yıldırım Türkiyənin Suriya məsələsinin tam  siyasi həllini istədiyini qeyd edərək, sözünə belə davam etdi: "Bəzi dostlarımız qondarma soyqırım iddiaları ilə məşğul olmaq əvəzinə Şərqi Qutada törədilən vəhşiliyi görsünlər. Şərqi Qutada qadınlar, bələkdəki uşaqlar qətlə yetirilirlər. Şərqi Qutada insanlar böyük bir cinayətin qurbanı olurlar. Dünən Qüdsü necə müdafiə etdiksə, bu gün də Şərqi Quta xalqının və məzlumların yanında olacağıq".



Әlaqәli Xәbәrlәr