Demokratiya və təhlükəsizlik arasındakı tarazlığı Türkiyə kimi qoruyan başqa bir ölkə yoxdur

Bunu Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Beştəpə Millət, Mədəniyyət və Konqres Mərkəzində keçirilən Ali məhkəmənin 150-ci İldönümü Simpoziumunda bildirdi.

923953
Demokratiya və təhlükəsizlik arasındakı tarazlığı Türkiyə kimi qoruyan başqa bir ölkə yoxdur

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Beştəpə Millət, Mədəniyyət və Konqres Mərkəzində keçirilən Ali məhkəmənin 150-ci İldönümü Simpoziumunda iştirak etdi.
 
 Ərdoğan simpoziumda çıxış edərək, hər sahədə olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirildiyini, Milli Məhkəmə Şəbəkəsi İnformasiya Sistemi (UYAP) ilə məhkəmə orqanları arasında onlayn rabitə olduğunu, iş prosesini sürətləndirən, təhlükəsiz mühit yaradan əməliyyatların rahat şəkildə təqib edildiyini vurğuladı.

Dövlət başçısı bütün şəhərlərdə müasir ədliyyə tibb mərkəzlərinin açıldığını da xatırlatdı.
 
 Ərdoğan Türkiyənin bu islahatların  terror təşkilatları ilə intensiv mübarizə şəraitində aparıldığını qeyd edərək: "Demokratiya ilə təhlükəsizlik arasındakı tarazlığı Türkiyə kimi yaxşı qoruyan başqa bir ölkə yoxdur" dedi.
 
 Türkiyənin dövlət başçısı Türkiyə Silahlı Qüvvələrinin  Suriyanın Afrin bölgəsində separatçı terror təşkilatı PKK/KCK/PYD-YPG və DEAŞ üzvlərini zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün yanvarın 20-də başladığı "Zeytun Budağı" əməliyyatından da bəhs etdi.
 
 Ərdoğan əməliyyat  çərçivəsində zərərsizləşdirilən terrorçu sayının 2 min 878 olduğunu bildirdi.



Әlaqәli Xәbәrlәr