Xarici missiya başçıları "Zeytun Budağı Əməliyyatı" ilə bağlı məlumatlandırıldılar

İstanbulda keçirilən rəsmi qəbulda prezidentin baş məsləhətçisi Gülnur Aybet  beynəlxalq şirkətlərin rəhbərləri və İstanbulda akkreditə olunmuş konsullara "Zeytun Budağı" əməliyyatı haqqında məlumat verdi.

923919
Xarici missiya başçıları "Zeytun Budağı Əməliyyatı" ilə bağlı məlumatlandırıldılar

 İstanbulda keçirilən rəsmi qəbulda prezidentin baş məsləhətçisi, professor Gülnur Aybet  beynəlxalq şirkətlərin rəhbərləri və İstanbulda akkreditə olunmuş baş konsullara "Zeytun Budağı" əməliyyatı haqqında məlumat verdi.
 
 Aybet çıxış edərək: "Türkiyə Silahlı Qüvvələri  Suriyanın Afrin bölgəsində separatçı terror təşkilatı PKK/KCK/PYD-YPG və DEAŞ üzvlərini zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün yanvarın 20-də başladığı "Zeytun Budağı" əməliyyatının başlanğıcından bəri beynəlxalq mediada bəzi təhriflər olur. Burada özümüzü və əməliyyatın səbələrini daha yaxşı izah etməliyik" dedi.

Aybet çıxışında beynəlxalq hüquq baxımından əməliyyatın legitimliyindən və məqsədlərindən bəhs etdi.

Aybet əməliyyatın məqsədlərini bu şəkildə ifadə etdi: "Qısa müddətli məqsəd Afrin bölgəsindən gələn terror təhdidləri səbəbindən burada Türkiyə baxımından təhlükəsiz bir zonanın yaradılmasından ibarətdir. Uzun məqsədli məqsəd, ilk növbədə, terror dəhlizinin yaranmasının qarşısını almaq, terror təşkilatlarının müharibədən istifadə edərək demoqrafik quruluşu dəyişdirmə səylərinin qarşısını almaq, buradan qaçıb gedən yerli xalqın geri dönərək, yenidən hakimiyyəti ələ almasını təmin etməkdir" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr