Türkiyə, Rusiya və İranın xarici işlər nazirləri martın 16-da Astanada görüşəcəklər

Türkiyə, Rusiya və İranın xarici işlər nazirləri, martın 16-də Qazaxıstanın paytaxtı Astanada toplaşacaqlar.

923667
Türkiyə, Rusiya və İranın xarici işlər nazirləri martın 16-da Astanada görüşəcəklər

Türkiyə, Rusiya və İranın xarici işlər nazirləri, martın 16-də Qazaxıstanın paytaxtı Astanada toplaşacaqlar.
 
 Qazaxıstanın Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Suriya mövzulu Astana danışıqlarının zəmanətçi ölkələri Türkiyə, Rusiya və İranın xarici işlər nazirlərinin toplantısında iştirakçıların bir illik əməkdaşlığının nəticələrini təhlil edəcəkləri və atılcaq birgə addımları müəyyən edəcəkləri bildirilir.
 
 Açıqlamada xarici işlər nazirləri toplantısından bir gün əvvəl texniki səviyyəli görüş keçiriləcəyi, Suriyada məhbusların sərbəst buraxılması, meyitlərin təhvil verilməsi və itkin düşənlərin axtarışı məsələlərinin müzakirə olunacağı qeyd edilir.
 
 Açıqlamada: "Xarici İşlər nazirləri toplantısının müşahidəçi ölkələr və Suriya tərəflərinin iştirakı olmadan keçirilməsi planlaşdırılır" ifadəsi işlədilir, toplantıya Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın dəvət ediləcəyi bildirilir.
 
 23-24 yanvar 2017-ci ildə başlanan müzakirələr prosesində zəmanətçi ölkələrin toplantsında son dəfə 21-22 dekabrda keçirilmiş, zəmanətçi ölkələr məhbusların sərbəst buraxılması, cənazələrin təhvili, itkin düşənlərin şəxsiyyətlərinin müəyyən edilməsi məsələləri müzakirə edilmiş  YUNESKO-nun himayəsi altındakı tarixi sahələrin minalardan təmizlənməsi üçün işçi qrupu yaradılmışdı.



Әlaqәli Xәbәrlәr