Nurəddin Canikli ordu hissələrində oldu

Türkiyənin Milli Müdafiə naziri Nurəddin Canikli Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin bölgəsində davam etdirilən Zeytun Budağı Hərəkatının Hataydakı komanda mərkəzinə baş çəkib.

923949
Nurəddin Canikli ordu hissələrində oldu

   II Ordu Taktika Hərəkat Mərkəzində ilk olaraq xatirə dəftərini imzalayan N.Canikli Hərəkatın idarə olunduğu hissəyə keçib. Burada Ordu komandiri general-polkovnik Metin Temel və digər hərbçilərdən hərəkata dair məlumat alıb, pilotsuz uçan aparatın çəkdiyi görüntülərinə baxıb.

  Sonra Canikli və onunla birlikdə gedən heyət Mustafa Kamal Universiteti Tibb fakültəsi xəstəxanasına keçib. Burada Zeytun Budağı Hərəkatı zamanı yaralanan və Azad Suriya Ordusu əsgərlərilə söhbət edib.

  Milli Müdafiə naziri daha sonra Reyhanın Loqistik Koordinasiya, I və II Desant Briqada komandanlıqlarında olub.



Әlaqәli Xәbәrlәr