Türkiyə yəhudilər üçün yeni məskənlərin tikintisini təsdiq etdiyinə görə Israili qınadı

Türkiyə İsrailin Fələstinin paytaxtı Şərqi Qüdsdə yəhudilər üçün yeni məskənlərin tikintisini təsdiq etməsini qınadığını bildirdi.

917086

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, İsrail işğalı altındakı  Fələstinin paytaxtı Şərqi Qüdsün cənubunda yəhudilər üçün  böyük hissəsi fələstinlilərin xüsusi mülkü olan ərazidə 3 min yeni mənzil tikintisini təsdiq edib.

Bu addımın qınandığı ifadə edilən açıqlamada İsrailin beynəlxalq hüququ və əlaqədar Birləşmiş Millətlər Təşkilatının qərarlarını gözdən yayındıran addımlarının qəbul edilmədiyi vurğulanıb.
Açıqlamada "İsrail Fələstin torpaqlarında məskunlaşmak üçün mənzillər tikərək işğalını daimi müstəmləkəyə çevirir və sülh prosesinin zəminini məhv edir." deyilib.

Әlaqәli Xәbәrlәr