"Türk tarixinin heç bir dövründə soyqırım yoxdur",B.Bozdağ

Baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ özünün "twitter" səhifəsində Hollandiya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarına reaksiya göstərib.

917069
"Türk tarixinin heç bir dövründə soyqırım yoxdur",B.Bozdağ

Baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ özünün "twitter" səhifəsində Hollandiya parlamentinin 1915-ci il hadisələrilə bağlı qərarına reaksiya göstərib.

Bəkir Bozdağ bildirib ki, böhtan qərarının Türkiyə üçün heç bir qüvvəsi yoxdur. Türk tarixinin heç bir dövründə soyqırım cinayəti, utancı və ayıbı yoxdur. Tarixi qeydiyyatlar və arxiv sənədləri bu həqiqətin şahididir. Tarix, arxiv qeydiyyatları və həqiqət parlament qərarı ilə əsla təhrif edilə bilməz.

Qeyd edək ki, Hollandiya Nümayəndələr Məclisi 1915-ci il hadisələri ilə əlaqədar erməni iddialarını "soyqırım" olaraq tanıyıb. Təklifə Türkiyə əsilli millət vəkilləri tərəfindən qurulan "DENK" partiyasından başqa, bütün partiyalar dəstək verib. Və təklif 3-ə qarşı 142 səslə qəbul edilib. 

 

 



Әlaqәli Xәbәrlәr