"2016-cı ildən ölkələrimiz arasında ciddi hərəkətlənmə yaranıb", B.Yıldırım

Türkiyənin Baş naziri Binəli Yıldırım rəsmi səfərə getdiyi Belarusda Baş nazir Andrey Kobyakovla birlikdə mətbuat konfransında çıxış edib.

910713
"2016-cı ildən ölkələrimiz arasında ciddi hərəkətlənmə yaranıb", B.Yıldırım

   Görüşün əsas mövzularının təhsil, elm, innovasiya, bəşəri inkişaf, idman, mədəniyyət, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və ticarətin iki ölkənin potensialına uyğun artırılması olduğunu nəzərə çatdıran B.Yıldırım deyib: “Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğan 2016-cı ildə Belarusa səfərindən sonra iki ölkə arasında ciddi bir hərəkətlənmə yaranıb. Biz ortaya qoyulan o planlar istiqamətində nələr edə biləcəyimizi danışdıq, qərarlar verdik… Türkiyə və Belarus arasında ikitərəfli ticarət dövriyyəsi 30 faiz artaraq 1 milyard dollara yaxınlaşıb. Əslində ölkələrimizin real ticarət potensialı bundan artıqdır. Bunu artıracaq addımları müzakirə etdik… Avtomobil, sənaye, kənd təsərrüfatı, heyvandarlıq və sair olmaqla bir çox sahədə birlikdə görəcəyimiz işlər mövcuddur. Mədəni fəaliyyətləri də unutmamışıq.”  



Әlaqәli Xәbәrlәr