"Türkiyə ilə əlaqələrin pozulması ABŞ-ın da marağına olmayacaq",B.Yıldırım

Baş nazir Binəli Yıldırım Ərzincan şəhərində “BBC” müxbirinə açıqlama verib.

910554
"Türkiyə ilə əlaqələrin pozulması ABŞ-ın da marağına olmayacaq",B.Yıldırım

Türkiyə ilə əlaqələrin pozulması ABŞ-ın da marağına olmayacaq.

Baş nazir Binəli Yıldırım bunu anadan olduğu Ərzincan şəhərində “BBC” müxbirinə verdiyi açıqlamada deyib.

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində “PKK/KCK/PYD-YPG və DEAŞ-a mənsub terrorçuları zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün 20 yanvarda başlatdığı “Zeytun budağı” əməliyyatına toxunan Baş nazir Yıldırım deyib ki, məqsəd bölgədən Türkiyəyə istiqamətli təcavüzlərin, raket hücumlarının, minaatanların qarşısını almaqdır. Əməliyyatın başlandığı gündən bəridir Afrin bölgəsindən Türkiyə ərazilərinə 107 raket hücumu olub. Terrorçular bölgədə Kürdlərə, Türkmənlərə və Ərəblərə də zülm edir. Terrorçuların zərərsizləşdirilməsilə bölgə insanı dincliyə qovuşacaq.

Hərəkat müddətində dinc sakinlərin təhlükəsizliyinə böyük əhəmiyyət verdiklərini bildirən baş nazir bu barədə ziddiyətli xəbərlər yayanlara reaksiya göstərib. O bildirib ki, dinc sakinlərin öldərilməsi barədə ən son danışacaq ölkə Fransadır. Afrikada etdikləri məlumdur. 1-2 yox, milyonlarla insandan söhbət gedir. Balkan müharibəsində, Birinci Dünya müharibəsində, Əlcəzairdə, Tunisdə etdikləri unudulmazdır.

Terrorçuların özlərini gizlətmək üçün adlarını dəyişdiklərini xatırladan Baş nazir Binəli Yıldırım vurğulayıb ki, biz bunların PKK-nın adını dəyişmiş terror təşkilatları olduğunu bilirik. Bu barədə əlimizdə kifayət qədər dəlil var. Bu da bizim başından bəridir söylədiyimizi təsdiqləyir.

ABŞ-ın terrorçuları himayə etdiyini də vurğulayan Yıldırım “Türkiyənin terrorla mübarizədə güclü fəaliyyətləri qarşısında PKK İraqın şimalında artıq həyat qalmadığı və ABŞ kimi bir himayə sahibi də olduğuna görə fəaliyyətlərini Suriyada davam etdirir. Bunu Amerikalılar da söyləyir. Terrorçulara verdiyi dəstəyi kəsmə mövzusunda ziddiyətli açıqlamalar yayan NATO ölkəsi ABŞ atacağı addımlar barədə açıq olmalıdır” deyə bildirib.

Türkiyə ilə əlaqələrin pozulmasının ABŞ-ın da marağına olmayacağını vurğulayan Yıldırım bildirib ki, bu bölgə ilə bağlı bir planlarının olduğu məlumdur. Bu planını necə həyata keçirəcək? NATO müttəfiqindən bir mənada üz döndərirsən. Müttəfiqin olan bir ölkəyə lazım olan hərəkəti etmirsən. NATO tərəfdaşına düşmənçilik edən, bölməyə, parçalamağa cəhd göstərən quldurlarla qol-boyun olursan.



Әlaqәli Xәbәrlәr