Hacı İsgəndər kəndi də PYD/PKK-dan təmizləndi

Zeytun Budağı Hərəkatının 23-cü günündə Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin qərbindəki Hacı İsgəndər kəndini də PYD/PKK-dan təmizlədi.

908183
Hacı İsgəndər kəndi də PYD/PKK-dan təmizləndi

    Hadisə fevralın 11-i Türkiyə saatıyla 13:28-də başa çatıb.

  Baş Qərargahdan verilən məlumata görə, bir əsgərin şəhid olduğu, terror təşkilatlarına qarşı keçirilən son əməliyyatda 86 terrorçu zərərsizləşdirilib.

  Bununla da hərəkatın başlanğıcından etibarən zərərsizləşdirilən terrorçu sayı 1266 olub.

  Məlumatda o da bildirilir ki, Zeytun Budağı Hərəkatı çərçivəsində Türkiyə Hava Qüvvələri tərəfindən PKK/KCK/PYD-YPG və DAEŞ terror təşkilatlarına aid sığınacaq, silah-sursat anbarı və mövqeləri olaraq istifadə edilən 19 hədəf məhv edilib.

  Hərəkatda iştirak edən təyyarələr bazalarına qayıdıblar.

  Hava və quru qüvvələrinin birgə hərəkatı planlaşdırdığı şəkildə uğurla davam edir



Әlaqәli Xәbәrlәr