Rəcəb Tayyib Ərdoğan Özbəkistan prezidenti ilə telefonla danışdı

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Özbəkistan prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı oldu.

906109
Rəcəb Tayyib Ərdoğan Özbəkistan prezidenti ilə telefonla danışdı

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Özbəkistan prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı oldu.
 
 Özbəkistan Prezident Aparatı Mətbuat Mərkəzindən verilən məlumata görə, Ərdoğan ilə Mirziyoyevin telefon görüşündə Mirziyoyevin 2017-ci ilin oktyabrında Türkiyəyə etdiyi rəsmi səfərin çoxşaxəli və qarşılıqlı mənfəətlərə əsaslanan Özbək-Türk əməkdaşlığını yeni səviyyəyə yüksəltdiyi qeyd olunub.
 
 Telefon görüşündə bu səfər zamanı imzalanan sazişlərin həyata keçirilməsi, iqtisai-ticari, investisiya, texnologoya, bank, maliyyə, nəqliyyat, turizm və digər sahələrdə böyük miqyaslı birgə layihələrin hazırlanması və həyata keçirilməsi məsələləri müzakirə olunub.
 
 Prezident Ərdoğan Özbəkistanda Türkiyə vətəndaşları üçün 30 günlük sərbəst viza rejimi barəsində qəbul edilən qərarla bağlı Mirziyoyevə təşəkkür edib.
 
 Mirziyoyev də bu qərarın iqtisadi-ticari, investisiya və turizm sahələrində yeni imkanların yaradılmasına xidmət edəcəyini, ən başlıcası isə, qardaş xalqlar arasında dostluq münasibətlərini daha da möhkəmləndirərək, Türkiyə vətəndaşlarının Özbəkistana səfər etmələri üçün imkan yaradacığını bildirib.
 
 Görüşdə beynəlxalq və digər aktual məsələlər də müzakirə olunub. Mirziyoyev Türkiyəni regionda sülhün və sabit inkişafın təmin edilməsi məqsədi ilə mart ayında Daşkənddə keçiriləcək Əfqanıstanda sülhün bərqərar olması mövzusunda beynəlxalq konfransa  dəvət edib.
 
 Ərdoğan da sözügedən təşəbbüsün həyata keçirilməsini tam dəstəkləyəcəklərini və bu konfransda Türkiyədən yüksək səviyyəli bir nümayəndə heyətinin iştirak edəcəyini söyləyib.
 
 Liderlər telefon görüşündə Özbəkistan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq əlaqələrini və ənənəvi yaxın əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bir daha təsdiq ediblər.
 
 Mirziyoyev  Rəcəb Tayyib Ərdoğanı ölkəsinə dəvət edib.



Әlaqәli Xәbәrlәr