Türkiyә türkmәn alim  Әli Almaza tәşkil edilәn hücumu qınadı

Xarici İşlәr Nazirliyindәn verilәn mәlumatda:‘‘Kәrkük Universitetindә çalışan türkmәn soydaşımız Әli Almaza Allahdan rәhmәt, yaxınlarına vә İraqda yaşayan Türkmәnlәrә başsağlığı dilәyirik’’ deyә bildirilib.

905116
Türkiyә türkmәn alim  Әli Almaza tәşkil edilәn hücumu qınadı

Türkiyә İraqın Kәrkük şәhәrindә türkmәn alim Әli Almaza tәşkil edilәn silahlı hücumu qınadı.

Xarici İşlәr Nazirliyindәn verilәn mәlumatda:‘‘Kәrkük Universitetindә işlәyәn türkmәn soydaşımız Әli Almaza Allahdan rәhmәt, yaxınlarına vә İraqda yaşayan türkmәnlәrә başsağlığı dilәyirik’’ deyә bildirilib.

"Son zamanlarda  Kərkükdə türkmən soydaşlarımıza qarşı artan hücumları qayğıyla izlәyir  və bu mənfur hücumları qınayırıq. Bu hücumları təşkil edənlәrin  ən qısa zamanda mәhkәmә qarşısında hesab vermәsini gözləyirik’’ deyә mәlumatda qeyd olunub.

Qeyd edәk ki, Kәrkük Universitetinin Hüquq fakültәsinin müәllimi  Әli Almaz  dünәn şәhәr mәrkәzindә namәlum şәxslәr tәrәfindәn silahlı hücuma mәruz qalmışdı. Әli Almaz  hadisә yerindә hәlak olmuşdu.

 



Әlaqәli Xәbәrlәr