Zeytun Budağı Hərəkatının 16-cı gün məlumatı

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin bölgəsində aparılan Zeytun Budağı Hərəkatı çərçivəsində zərərsizləşdirilən terrorçu sayı 935-ə yüksəlib.

903358

  Baş Qərargah 16-cı günü geridə qalan hərəkata dair bəyanat verib: “Zeytun Budağı Hərəkatı çərçivəsində bölgədən əldə edilən məlumatlara əsasən, 4 fevral 2018-ci il tarixində PKK/KCK/PYD-YPG və DEAŞ terror təşkilatı mənsubu 3 terrorçu zərərsizləşdirilib. Hərəkatın başlanğıcından bu günə qədər zərərsizləşdirilən terrorçu sayı 935 olub. Hava və quru əməliyyatlarının bir-birini dəstəkləməsi nəticəsində hərəkat planlaşdırıldığı şəkildə uğurla davam edir".

  Açıqlamada o da bildirilir ki: “Suriyanın Afrin bölgəsində davam edən, PKK/KCK/PYD-YPG və DEAŞ terrorçularına qarşı həyata keçirilən Zeytun Budağı Hərəkatı çərçivəsində 2 əsgər şəhid olub, 5-i yaralanıb. 16-cı günü geridə qalan hərəkat zamanı şəhid olan əsgər sayı 15-ə yüksəlib”.

Әlaqәli Xәbәrlәr