Həcc Bilal kəndini PYD/PKK-dan təmizləndi

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Zeytun Budağı Hərəkatının 16-cı günü Afrinin qərbindəki Şeyx Hədid bölgəsinə bağlı Həcc Bilal kəndini PYD/PKK-dan təmizlədi.

903201
Həcc Bilal kəndini PYD/PKK-dan təmizləndi

    İki silahlı qüvvənin birlikdə həyata keçirdiyi əməliyyat zamanı 5 hədəf məhv edilib.

  Türkiyə Silahlı Qüvvələri Zeytun Budağı Hərəkatında əsgərlərin şəhid olduğu, terror təşkilatının işğalındakı sahələrə top atəşi həyata keçirir.

  “Fırtına” mərmiləri Kilis-Hatay sərhəd xəttində Darmık dağı bölgəsində təsbit edilən terror təşkilatı PYD/PKK-ya aid hədəfləri vurub.

  Gecədən bölgədən fasilələrlə atışma səsləri eşidilib, bölgədən qalxan tüstüləri Kilis sərhəd kəndləri də görüb.

  Baş Qərargahdan verilən məlumata görə, “Zeytun Budağı Hərəkatı çərçivəsində terror təşkilatlarına aid 5 hədəf də məhv edilmiş, 35 terror təşkilatı mənsubu zərərsizləşdirilmişdir. Bununla da Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin bölgəsində davam edən Zeytun Budağı Hərəkatı çərçivəsində 932 PKK/KCK/PYD-YPG və DEAŞ üzvü məhv edilib.”



Әlaqәli Xәbәrlәr