59 il sonra Papa Türkiyə liderilə Vatikanda görüşəcək

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Katoliklərin Ruhani lideri Papa Frensisin dəvətilə 4-5 fevral tarixlərində Vatikanda olacaq.

902967
59 il sonra Papa Türkiyə liderilə Vatikanda görüşəcək

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Katoliklərin Ruhani lideri Papa Frensisin dəvətilə Vatikana gedir.

  Türkiyə lideri Qüds məsələsini Papa ilə bu dəfə üz-üzə danışacaq.

  Ərdoğan Romada rəsmi görüşlər zamanı italiyalı investorlarla da bir araya gələcək.

  Gerçəkləşəcək Vatikan səfəri Türkiyə üçün tarixi əhəmiyyətə malikdir. Cəlal Bayarın 1959-cu il səfərindən 59 il sonra Katoliklərin ruhani lideri, Roma Papası Türkiyə dövlət başçısını dəvət edir. 

  Ərdoğan Papa Frensislə ikinci dəfə bir araya gələcək. 2014-cü ildə Türkiyəyə gələn Frensis Ərdoğanın Cümhurbaşkanlığı Kompleksindəki ilk qonağı olmuşdu.

  Vatikandakı görüşün əsas mövzusu Qüdsdür. Amerika Birləşmiş Ştatlarının Qüdsü İsrailin paytaxtı elan etmək qərarından sonra Ərdoğan Papa Frensislə telefonda danışmış, bu səfərin də qərarı bu zaman verilmişdi.  

  Vatikanda həmçinin regional problemlər, Suriyada baş verən insanlıq faciəsi, terror, İslam düşmənliyi məsələləri müzakirə ediləcək.

  Vatikandan sonra Ərdoğan Romaya keçəcək, İtaliya prezidenti Sergio Mattarella, Baş nazir Paolo Gentiloni və İtaliyanın qabaqcıl şirkətlərinin yüksək səviyyəli nümayəndələrilə bir araya gələcək.



Әlaqәli Xәbәrlәr