"Zeytun Budağı" əməliyyatı çərçivəsində 394 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun Budağı" əməliyyatı çərçivəsində PKK/KCK/PYD-YPG və DEAŞ terror təşkilatlarının 394 terrorçusu zərərsizləşdirilib.

898124
"Zeytun Budağı" əməliyyatı çərçivəsində 394 terrorçu zərərsizləşdirilib
ZEYTIN DALI OPERASYONU (26).jpg

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun Budağı" əməliyyatı çərçivəsində PKK/KCK/PYD-YPG və DEAŞ terror təşkilatlarının 394 terrorçusu zərərsizləşdirilib.
 
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumatda, əməliyyat başladığı gündən etibarən (20 Yanvar)  Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr tərəfindən terror təşkilatlarına aid 340 hədəfin də məhv edildiyi bildirilir.
 
 Hədəflər arasında terror təşkilatları tərəfindən istifadə edilən sığınacaq, mövqe, silah-sursat və yaşayış ləvazimatlarının olduğunun bildirildiyi açıklamada, mülki vətəndaşların zərər görməməsi üçün hər cür diqqət və həssaslığın göstərildiyi vurğulanır.
 
Məlumatda toqquşmalarda 3 əsgərin şəhid olduğu, 30 əsgərin  yaralandığı, yaralıların həyati təhlükələrinin olmadığı qeyd olunur.
 
Məlumatda TSQ tərəfindən dəstəklənən Azad Suriya Ordusundan 13 nəfərin  şəhid olduğu, 24 nəfərin  yaralandığı və yaralıların həyati təhlükəsinin olmadığı ifadə olunur.
 
Məlumatda "Zeytun Budağı" əməliyyatının Türkiyənin beynəlxalq hüquqa əsaslanann hüquqları, BMT Təhlükəsizlik Şurasının terrorizmlə mübarizəyə qarşı 1624, 2170 (2005) (2014) və 2178 (2014) saylı qərarları və BMT konvensiyasının 51-ci maddəsində göstərilən özünümüdafiə hüququ çərçivəsində, Suriyanın ərazi bütövlüyünə hörmət edilərək aparıldığı təkrarlanır.



Әlaqәli Xәbәrlәr