Afrindən 3 raket atıldı

Suriyanın Afrin bölgəsindən PYD/PKK terrorçuları tərəfindən atılan 3 raket Hatay Vilayətinin Reyhanlı və Kırıkhan rayonlarına düşdü.

898020
Afrindən 3 raket atıldı

Türkiyə Silahlı Qüvvələrinin "Zeytun Budağı" əməliyyatını həyata keçirdiyi Suriyanın Afrin bölgəsindən PYD/PKK terrorçuları Türkiyə ərazilərinə 3 raket atdılar.
 
 Atılan 2 raket Kırıkhanın sərhəd məhəllələrindən birinə - Yalangoz və İncirlikdəki boş sahəyə, 1 raket də Reyhanlı rayonunun Bükülməz Məhəlləsinin yaxınlıqdakı əraziyə düşdü.
 
 Bölgəyə çox sayda jandarm, təcili yardım və yanğınsöndürənlər cəlb edildi.
 
 İtki yoxdur.



Әlaqәli Xәbәrlәr