Terrorla Mübarizəyə Dəstək Bəyanatı

Suriya torpaqları yalnız bir coğrafiyanın hissəsi deyil. Qədim keçmişimizin mühüm tarixi hadisələrinə şahid olmuş bu torpaqlar, eyni zamanda, mədəniyyətimizin əhəmiyyətli simalarını yetişdirən bir dəyərdir

896240
Terrorla Mübarizəyə Dəstək Bəyanatı

 Suriya torpaqları yalnız bir coğrafiyanın hissəsi deyil. Qədim keçmişimizin mühüm tarixi hadisələrinə şahid olmuş bu torpaqlar, eyni zamanda, mədəniyyətimizin əhəmiyyətli simalarını yetişdirən bir dəyərdir. Bu torpaqlarda Türk, kürd, ərəb və başqa xalqlar əsrlərlə qardaşlıq şəraitində yaşamış və bu qardaşlığı təhdid edən bütün düşmənlərə qarşı birlikdə mübarizə edərək birliklərini gücləndirmişlər. Anadolu - Suriya torpaqları qardaşlığın, həmrəyliyin, dəyərlərimizin simvoludur.

 Bu qardaşlıq hər zaman düşmən hücumlarının hədəfi olmuşdur. Həmin hücumlar 1915-1918-ci illərdə olduğu kimi, müəyyən dövrlərdə açıq işğal cəhdləri şəklində həyata keçirilmiş, amma hər zaman ideoloji, etnik-irqçi metodlarla davam etdirilmişdir.

 Suriya coğrafiyasında bu gün baş verənlər bəzi “alimlər”in, “ziyalı” və “fəallar”in göstərməyə çalışdıqları kimi bir etnik sahə əldə etmə yarışı deyil.

Bu gün sərhədlərimizin o tərəfində gələcəkdə ölkəmizin ərazi bütövlüyünə qarşı bir təhdid vasitəsinə çeviriləcək, Orta Şərqin yenidən imperialist qüvvələr tərəfindən formalaşmasına xidmət edəcək kollaborasionist bir konfiqurasiyanın qurulması istiqamətində addımlar atılır. Həmin addımlar qədim kökləri olan qardaşlığımızı və bölgənin davamlı sabitliyini təhdid edir.

 Bu süni təşəbbüs təməlindən ortaya çıxa biləcək nəticələrinə qədər çürük, uğursuzluğa məhkum, lakin enerjimizi, gücümüzü zəyiflədici, region xalqları arasında daimi ədavət və qanlı müharibələrin yaranmasına səbəb olacaq təhlükəli bir prosesdir. Bu təhlükəli prosesə Türkiyənin ziyalı, alim və qeyri-hökumət təşkilatları ilə birgə laqeyd qalmasını gözləmək mümkün deyil. Tarixi məsuliyyətimizi nəzərə alaraq,  bütün ölkələrin və beynəlxalq ictimaiyyətin diqqətlərini aşağıdakı məqamlara yönəltmək istəyirik.

  • İlk növbədə bunu qeyd etmək lazımdır ki, Türkiyə regionun 1946-cı ildən bu günədək demokratiyasını gücləndirmək istiqamətində böyük uğurlara imza atan ölkəsidir. Türkiyə regionun çoxpartiyalı yeganə demokratiyasıdır. Bu əsasda, ölkəmiz 1952-ci ildən bu yana NATO üzvü olaraq 65 ildir təşkilat üzvü olan ölkələrlə müttəfiqlik əlaqəsinə malikdir. Türkiyənin digər region ölkələri ilə müqayisə olunmaz səviyyədə bir vətəndaş cəmiyyəti quruluşu, sərbəst bazar iqtisadiyyatı və təhsil gücü vardır.
  • Buna baxmayaraq, yarım əsrdən çox müttəfiqimiz olan ABŞ maoist - sosialist fəlsəfəsi və ideologiyası olan  bir terror təşkilatı - PKK/PYD/YPG ilə tərəfdaşlıq edərək, şimali Suriyanı yenidən qurmağa səy göstərir. Demokratiya prinsipləri ilə bir növ pol potçu rejim axtarışında olan terror qruplarını bir araya gətirmək mümkün deyil. Silahla kütlələri susduraraq özünə yol açmağa çalışan, terrordan hədəfə çatmaq üçün bir vasitə kimi istifadə edən bir təşkilatın heç bir demokratik təşəbbüsün hissəsi olmayacağı aydındır.
  • PKK ilə PYD arasında heç bir fərq yoxdur. PYD PKK-nın Suriya qanadı olmaqdan başqa heç bir fərqləndirici xüsusiyyətə malik deyil. Abdullah Öcalanın rəhbərliyi ilə 25 noyabr 1978-ci il tarixində yaradılan PKK, terrorçu metodlarla bu günə qədər 30 mindən çox insanımızı qətlə yetirib. Son bir il ərzində bu təşkilatın hücumları nəticəsində həlak olan mülki vətəndaşların sayı 40-dır. PYD Suriya sərhədindən ölkəmizə qarşı törədilən terror hücumlarını idarə edən bir təşkilatdır. PYD Suriya sərhədindən torpaqlarımıza terrorçu və silah daşıyır. Təşkilatın hazırkı rəhbər heyəti PKK terrorçuları tərəfindən yaradılmışdır. Suriyada təşkilatın həyata keçirdiyi bütün yığıncaq və mitinqlərdə Abdullah Öcalanın portretlərinin olması faktı  PKK/PYD vəhdətini göstərmək üçün kifayətdir.
  • Bu həqiqətlərə rəğmən, ABŞ PYD terror təşkilatına, ABŞ rəsmilərinin açıqlamalarına görə, 3000 tır silah vermiş, təxminən 2,2 milyard dollar məbləğində yardım göstərmişdir.  ABŞ rəsmiləri bölgədə bu təşkilata tabe olan bir ordunun qurulacağını da açıqlayıblar. Faktiki olaraq Türkiyəyə qarşı hücumlarını davam etdirən bir təşkilata edilən silah yardımı və verilən hərbi təlimlər ölkəmizə qarşı bilavasitə təhdiddir. Alınan hərbi ləvazimatlardan Türkiyədə polis qüvvələrinə qarşı hücumlarda istifadə edilir və təlim görən terrorçular bu hücumlarda iştirak edirlər. Bu vəziyyətin Türkiyə ictimaiyyəti tərəfindən xoş qarşılanması mümkün deyil.
  • ABŞ PYD ilə başladığı bu tərəfdaşlığı DAEŞ-ə qarşı mübarizənin zəruri hissəsi olaraq açıqlayır. Halbuki, ABŞ DAEŞ-ə qarşı Türkiyənin birgə hərəkət etmək təklifini rədd edərək, DAEŞ terror təşkilatının gücünün ciddi dərəcədə zəiflədilməsinə  baxmayaraq, PYD ilə tərəfdaşlığını gücləndirməyə davam edir. Üstəlik, qurulacaq ordunun fəaliyyət sahəsi olaraq Türkiyə sərhədinin göstərilməsi qəbuledilməz bir haldır. ABŞ Türkiyənin Suriyanın şimalında DAEŞ-lə birbaşa döyüşərək, bu terror təşkilatınnın zəifləməsində daha böyük rol oynaması həqiqətini görməzlikdən gəlir. ABŞ hətta DAEŞ-ə qarşı "Fərat Qalxanı" əməliyyatının da qarşısını almağa çalışaraq, müttəfiqlik əlaqələri ilə bağlı ciddi şübhələrin yaranmasına səbəb olub.
  • Bütün bu baş verənlər ABŞ - PYD tərəfdaşlığının hədəfinin DAEŞ olmadığını, PYD-nin də kürdlərin nümayəndəsi deyil, kollaborasionist bir terror təşkilatı olduğunu göstərir.
  • ABŞ bir terror təşkilatı ilə tərəfdaşlıq etməklə Türkiyə ilə tarixi müttəfiqlik əlaqələrini təhlükəyə atır. ABŞ 15 İyul dövlət çevrilişi cəhdinin başçısı Fətullah Güləni qorumağa davam edir. Vizaları təxirə salmaqla Türk millətini “cəzalandıraraq yola gətirəcəyi" kimi yanlış hərəkətlər edir və Türkiyə ictimaiyyətinin reaksiyasına səbəb olur. Hər şeyə rəğmən Türkiyə demokratiyasını daha da gücləndirərək, regional sülhü yenidən bətqərar etmək qətiyyəti ilə yoluna davam edəcəkdir.

 

Prof. Abdulhalik Karabulut, Ağrı İbrahim Çeçen Universiteti

Abdulkadir Ay, Milli Təhsil Nazirliyi

Prof. Abdulkadir Buluş, Necmettin Erbakan Universiteti

Yrd. Dos. Abdullah Aydın, Mustafa Kamal Universiteti        

Prof. Abdullah Çavuşoğlu

Yrd. Dos. Abdullah Tırabzon, İstanbul Universiteti

Əbdürrdahim Şenocak, Əmək və Sosial Müdafiə Nazirliyi

Yrd. Dos. Adnan Küçük,  Kırıkkale Universiteti

Əhməd B. Arpa, iqtisadçı

Əhməd Şevki Zengin, Əhməd Yəsəvi  Unibersitetinin baş katibi

Prof. Əhməd Uysal, İstanbul Universiteti

Əhməd Vehbi Koç, Milli Təhsil Nazirliyi

Ali Sali, Nazirlər Kabineti

Dos. Əli Büyükaslan, İstanbul Medipol Universiteti

Arda Akçiçek, politoloq

Atila Demirkasımoğlu, Ankara Onkologiya Xəstəxanası

Prof. Aysun bay Karabulut, Yıldırım Beyazıt Universiteti

Dos. Bahattin Karademir, Çukurova Universiteti

Prof. Bilgehan Atsız Gökdağ, Kırıkkale Universiteti

Prof. Birol Akgün, Yıldırım Beyazıt Universiteti

Dos. Birol Mercan, Necmettin Erbakan Universiteti

Prof. Burhan Aykaç, İstanbul Gelişim Universiteti

Prof. Bülənt Bayat, Gazi Universiteti

Yrd. Dos. Bünyamin Taş, Aksaray Universiteti

Dos.. Cahit Bağcı, Türkiye Maarif Vakfı

Cahit Epçaçan, Siirt Universiteti

Can Acun-SETA

Yrd. Dos.Can Ceylan, İstanbul Medipol Universiteti

Celal Semiz, Ailə ve Sosial  Siyasətlər Nazirliyi

Prof. Cengiz Anık, Mərmərə Universiteti

Yrd. Dos. Cengiz Şahin, Kastamonu Universiteti

Prof.  Cevdet Coşkun, Giresun Universiteti

Yrd. Dos. Ceyhun Can Özcan, Necmettin Erbakan Universiteti

Prof. Çetin Kaya Koç, UC Santa Barbara

Doç.  Ebubekir Ceylan, İstanbul Teknik Universiteti

Ekrem Çoraklık, Enerji ve Tabii Sərvətlər Nazirliyi

Ertuğrul Başer, təqaüdçü

Fadime Özkan- “Star” qəzeti

Dos. Fəxrəddin Öndər, Süleyman Dəmirəl Universiteti

i  Faruk Temel, Erciyes Universiteti, kiçik elmi işçi

Fatih Akbaba, Yazıçı

Prof. Fatih Savaşan, Milli Müdafiə Universiteti

Prof. Fatih Uşan, Yıldırım Beyazıt Universiteti

Güldalı Coşkun, “Milat” qəzeti

Prof.  Gülgün Erdoğan Tosun, Ege Universiteti

Prof. H. İbrahim Sarıoğlu, İstanbul Universiteti

Prof. Xəlil Altıntaş, Erciyes Universiteti

Prof. Haluk Alkan, İstanbul Universiteti

Harun Kaban, yazıçı

Hakan Şahin, Medipol Universiteti, müəllim

Hamit Küçükbatır, Mersin Böyükşəhər Bələdiyyəsi

 Hande Sunguroğlu, Çankırı Karatekin Universiteti, kiçik elmi işçi

Hasan Öztürk, “Ülke Tv”

Dos. Həsən Furkan, Kahramanmaraş Sütçü İmam Universiteti

 Hayati Ünlü, İstanbul Üniversiteti, kiçik elmi işçi

Hikmət Səlahəddin Gezici, Səlçuq Universiteti

Dos. Hüsaməddin Vatansev, Səlçuq Universiteti

Hüseyin Öz, “Hizmet-İş” Həmkarlar İttifaqının sədr müavini

İhsan Aktaş, GENAR

İhsan Ayal, İstanbul Mədəniyyət Universiteti

İlyas Topçuoğlu, Ankara Vəkillər Kollegiyası

Dr. İsmail Çağlar, SETA, Siyasi-İqtisadi və Cəmiyyət Araştırmaları Vəqfi

İsmail Akbıyık, Əmək və Sosial Müdafiə Nazirliyi

İsmail Göktürk, Kahramanmaraş Sütçü İmam Universiteti, müəllim

Yrd. Dos. Kadir İdin, İstanbul Medipol Universiteti

Kənan Serefli, Milli Təhsil İdarəsi

Dos. M. Akif Sarıkaya, İstanbul Texnik Universiteti

Mahmut Evkuran, Ailə və Sosial Siyasətlər Nazirliyi, müşavir

Mahmut Kaan İlgar, “Eğitim-Bir-Sen”in Qars şöbəsinin müdiri

Mehmet Aykal, “Gazipaşa Hal”, müdir

Dos. Mehmed Eyüp Kiriş, Afyon Kocatəpə Universiteti

Mehmet Haluk Uçkun, Gençlik ve Spor Bakanlığı

Mehmed Sıddık Barık, təqaüdçü müəllim

Prof. Mehmed Şahin, Polis Akademiyası

Prof.  Mehmed Tunçər, Qaradəniz Texnik Universiteti

Merve Şebnem Oruç, “Yeni Şafak” qəzeti

Dos. Mətin Aksoy, Səlcuq Universiteti

Yrd. Dos. Mətin Çelik, Səlcuq Universiteti

Prof. Mətin Doğan, Yıldırım Beyazıt Universiteti

Mətin Özkan, Gazi Üniversitesi,  kiçik elmi işçi

Prof. Muhsin Kar, Niyde Ömər Xalisdımir Universiteti

Murad Kafadar, Megapoll Araşdırma və Məsləhət

Dos. Murad Kirişçi, İstanbul Universiteti

Prof. Musa Yıldız, Əhməd Yəsəvi Universiteti

Yrd. Dos. Mustafa Aslan, Adnan Menderes Universiteti

Mustafa Şıvqın, Şıvqın Hqquq Bürosu

Prof. Müzəffər Şəkər, Konya Nəcməddin Erbakan Universitetinin rektoru

Prof. Naci Gündoğan, Anadolu Universiteti

Nihal Bengisu Karaca, “HaberTürk” kanalı

Doç.  Nusrət Göksu, Kahramanmaraş Sütçü İmam Universiteti

Dr. Oğuzxan Bilgin, Gazi Universiteti

Yrd. Dos.. Oğuzxan Yanarışık, Erzincan Universiteti

Prof. Osman Eravşar, Akdəniz Universiteti

Prof. Osman Horata, Hacəttəpə Universiteti

Prof. Ömər Pakiş, Hakkari Universitetinin rektoru

Özləm Çağlar Yılmaz, STK rəhbəri

Yrd. Dos. Ramadan Doğan, Trakya Universiteti

Prof. Ramazan Yelkən, Yıldırım Beyazıt Universiteti

Yrd. Dos. Rəcəb Yorulmaz, Afyon Kocatəpə Universiteti

Sadullah Özcan, “Milat” qəzeti

Prof. Salih Yılmaz, Rusiya Araşdırmaları İnstitutu

Dos. Səlahəddin Çınar, Kilis 7 Aralıq Üniversitesi

Dos. Seyfullah Yıldırım, Yıldırım Beyazıt Universiteti

 Səlcuq Aslan, Dumlupınar Universiteti, müəllim

Suavi Kemal Yazgıç, TRT

Prof. Şəfəq Ertan Çomaklı, Polis Akademiyası

Prof. Dr. Şahmurad Arık, Kastamonu Universiteti

Şenol Mətin, Eğitim-Bir-Sen Konya Üniversite Şube Başkanı

Dr. Şeyx  Əbdürrəhman Çelik, Mədəniyyət və Turizm Nazirliyi

Prof. Tanju Tosun, Ege Universiteti

Tarkan Zengin, “Harb-İş” Həmkarlar İttifaqı

Temindar Aytekin, Ailə və Sosial Siyasətlər Nazirliyi

Ülkü Nur Zəngin, politoloq

Ünsal Çətin, iqtisadçı

Prof. Ünər Kayabaş, Niyde Ömər Xalisdəmir Universiteti, Tibb Fakültəsi, dekan əvəzi

Üzeyir Gökçe, Dövlət Demiryolları

Yağız Aksakaloğlu, Gazi Universiteti, kiçik elmi işçi

Yakub Çəlik, Polatlı sabiq bələdiyyə sədri

Dr. Yakub Öməroğlu, Avrasiya Yazarlar Birliyinin sədri

Yrd. Dos. Yasəmin Abayxan, Hacəttəpə Universiteti

Yılmaz Altunsoy, yazıçı

Prof. Yusuf Sarınay, TOBB Universiteti

Yusuf Gezbeli, Maliyeyə Nazirliyi

Yusuf Semis, Səhiyyə Nazirliyi

Prof. Yusuf Şahin, Aksaray Universiteti

Dos. Yusuf Tekin, Milli Təhsil Nazirliyinin müşaviri

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr