PYD-li terrorçuların ifadələri

Afrin ərazilərində yaxalanan və çıxarıldıqları məhkəmənin saxladığı üç terrorçu ifadələrində terror təşkilatında baş verənlərdən danışdılar.

897083
PYD-li terrorçuların ifadələri

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun Budağı” əməliyyatı ilə dağılma prosesi yaşayan PKK/PYD-YPG mənsublarının qaçış planları hazırladığı yaxalanan terrorçuların ifadələrinə əks etdi.

“Zeytun Budağı” əməliyyatı çərçivəsində TSQ və Azad Suriya Ordusu (ASO) mənsublarının Afrin ərazilərində yaxaladığı və çıxarıldıqları məhkəmənin saxladığı üç terrorçu ifadələrində terror təşkilatında baş verənlərdən danışıblar.

Terrorçular PYD-nin onları öldürməkdə hədələdiyini, təzyiqlə təşkilata qoşulduqlarını irəli sürüblər.

PYD-nin “Ailənizi və sizi öldürərik” deyərək təşkilata adam təmin etdiyini söyləyən terrorçular təşkilata qoşulanlara 45 gün silah təlimi keçildiyini söyləyiblər.

Təlimlərdən sonra terrorçuların bölgəyə istiqamətləndirildiyini deyən terrorçular “Zeytun Budağı” əməliyyatı əvvəlində Suriyanın Adamanlı kəndində təqribən 30 PYD mənbusunun olduğunu bildiriblər.

“Zeytun Budağı” əməliyyatının başlanması ilə təşkilat daxilində baş verənlərdən danışan terrorçular əməliyyatla təşkilat içində qorxu yaşandığını dilə gətiriblər.

Terrorçular “Türk əsgərinin əməliyyatı ilə təşkilatda panika baş verdi. İlk olaraq tankların sərhəd məntəqəsinə yaxınlaşdığını gördük. Tankların girməsilə kənddəki bütün təşkilat mənsubları qaçmağa başladı. Biz qaça bilmədik və yaxalandıq" deyiblər.

Bölgədən qaçanlar arasında  təşkilatın sözdə komandirlərindən birinin də olduğunu deyən terrorçular ifadələrində təşkilatda ABŞ-ın PKK/PYD-YPG silah və müxtəlif avadanlıqlar verərək yardım etdiyindən danışıldığını da qeyd ediblər.



Әlaqәli Xәbәrlәr