Hulusi Akar hərəkat bölgəsində tədqiqat aparıb

Zeytin Budağı əməliyyatı BMT müqaviləsi və beynəlxalq hüquq normları çərçivəsində həyata keçirilir. Bunu Türk Silahlı qüvvələrinin Baş qərargah rəisi ordu generalı Hulusi Akar deyib.

893893
Hulusi Akar hərəkat bölgəsində tədqiqat aparıb

Hulusi Akar, Zeytun budağı əməliyyatı çərçivəsində bölgədə tədqiqat aparıb.

Türk silahlı qüvvələrinin Baş qərargahından verilən məlumata görə ordu generalı Hulusi Akarı əməliyyat bölgəsində reallaşdırdığı tədqiqa zamanı Quru qüvvələri Komandiri General Yaşar Gülər, Dəniz Qüvvələri Komandiri Adnan Özbal və Hava qüvvələri Komandiri General Həsən Küçükakyüz müşaiyət edib.

Hulusi Akar bölgədə verdiyi açıqlamada: “Hərəkat, PKK / KCK / PYD-YPG və DEAŞ terror təşkilatlarını zərərsizləşdirmək məqsədiylə başladılıb. "Türk Silahlı Qüvvələrinin fəaliyyətləri, BMT müqaviləsinin 51-ci bəndindəki ‘Legitim müdafiə Haqqı və BMT Təşkilatının Təhlükəsizlik Şurasının terrorra qarşı mübarizə ilə əlaqəli qərarları və beynəlxalq hüquq normları çərçivəsində icra edilir. Hərəkat əsnasında yalnız terroristlərə məxsus hədəflər məhv edilir. Dinc sakinlərin , məsum insanların zərə-ziyana məruz qalmamaları üçün lazımlı tədbirlər görülür. Suriyanın ərazi bütövlüyünə dair həssasiyyət çərçivəsində həyata keçirilən hərəkatın əsas məqsədi dost və qardaş bölgə xalqını terroristlərin təzyiq və zülmündən xilas etməkdir”.



Әlaqәli Xәbәrlәr