Van vilayətində terrorçuların istifadə etdiyi sığınacaq yerlər məhv edildi

Təhlükəsizlik qüvvələri Van vilayətinin Gürpınar qəsəbəsinin ərazilərində PKK-lı terrorçuların istifadə etdiyi 5 sığınacaq yeri məhv etdi.

886535
Van vilayətində terrorçuların istifadə etdiyi sığınacaq yerlər məhv edildi
Van_ operasyon-2

Təhlükəsizlik qüvvələri Van vilayətinin Gürpınar qəsəbəsinin ərazilərində PKK-lı terrorçuların istifadə etdiyi 5 sığınacaq yeri məhv etdi.  

Van vilayəti Valiliyinin açıqlamasına görə, Vilayət Jandarm Komandirliyi dəstələrinin terror təşkilatı PKK-nın qış mövsümü üçün hazırladığı sığınacaq yerlərinə əməliyyatları aramsız davam etdirilir.

Həmin çərçivədə Gürpınar qəsəbəsinə bağlı Çizgili məhəlləsi bölgəsində “Şəhid jandarm Fazlı Təkbaş” adıyla keçirilən əməliyyatda hərbi dəstələr terrorçuların istifadə etdiyi 5 sığınacaq yeri aşkarlayaraq məhv edib.

Açıqlamada xalqın dincliyi və əmin-amanlığının təmini üçün terrorla mübarizə fəaliyyətlərinin aramsız davam edəcəyi də vurğulanıb.



Әlaqәli Xәbәrlәr