"On nəhəng layihədən altısının Türkiyədə olması təsadüf deyil", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fransanın paytaxtı Parisdə Fransa İşə Götürənlər Təşkilatı MEDEF üzvlərilə bir araya gəlib.

882858
"On nəhəng layihədən altısının Türkiyədə olması təsadüf deyil", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fransanın paytaxtı Parisdə Fransa İşə Götürənlər Təşkilatı MEDEF üzvlərilə bir araya gəldiyi toplantıda səfərinin istər Türkiyə-Fransa, istərsə də regional məsələləri əhatə etməsi baxımından çox-çox əhəmiyyət kəsb etdiyini bildirib.

  Səfər zamanı üç müqavilə imzalandığını söyləyən Ərdoğan bunların Fransa, İtaliya və Türkiyəni əhatə edən EVROSAM, Türkiyə Hava Yolları-Airbus və qida sektorula bağlı olduğunu deyib.

  R.T.Ərdoğan onu da söyləyib ki, “Fransa prezidenti Emanuel Makronla görüşündə regional mövzularla yanaşı, İraq, Suriya, Fələstin, İsrail, Qüds, Liviya, Misir və Avropa İttifaqı məsələləri də müzakirə edilib. Bu yaxın iş birliyimizin regional və beynəlxalq sülh baxımından həyati əhəmiyyətə malik olduğuna inanıram. Makronla həyata keçirdiyimiz görüşlər çox faydalı oldu. Fransa və Türkiyənin keçmişdən bəri güclü ticarət və iqtisadi əlaqələri var. ,Bu gün iki ölkə arasında 13,5 milyard dollarlıq ticarət həcminin qənaətbəxş olmadığını hesab edirik. İstəyirik ki, bu rəqəm yüksəlsin. İnanıram ki, Fransa və Türkiyə seçdiyimiz 20 milyard avroluq hədəfə doğru yürüməyə başlayır.... Ötən il Türkiyənin ixracat həcmi təxminən 157 milyard dollar olub. Baş verən mənfi proseslərə baxmayaraq, bu, çox yaxşı bir rəqəmdir.”  

  2023-cü ildə Türkiyə Respublikasının 100 illliyinə də toxunan Ərdoğan deyib: “Bu mühüm tarixin müəyyənləşdirdiyimiz iqtisadi hədəflərimiz üçün əhəmiyyətli yeri var. Dünyanın ən böyük 10 iqtisadiyyatı sırasına daxil olmağı hədəf seçdiyimiz 2023 perspektivimizi addım-addım həyata keçiririk. Bu çərçivədə böyük miqyaslı investisiyalarımız da var... Son vaxtlar dünyada görülən və tamamlanmaqda olan on nəhəng layihədən altısının Türkiyədə olması təsadüf deyil. Təkcə ötən 10 ildə Türkiyədə aparılan irimiqyaslı layihələrin dəyəri 200 milyard dollar səviyyəsinə çatıb... Bu il İstanbulda dünyanın ən böyük hava limanının ilkin mərhələsini istifadəyə verməyi qarşımıza məqsəd qoymuşuq. Bu, 90 milyon sərnişin həcmli bir mərhələdir. Rəqəm daha sonra 150-200 milyona çatacaq.”



Әlaqәli Xәbәrlәr