Xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı ilə telefonla danışdı

Xarici işlər naziri Mövlud Çavuşoğlu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə telefonla görüşüb.

880485
Xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı ilə telefonla danışdı

Xarici işlər naziri Mövlud Çavuşoğlu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə telefonla görüşüb.

Telefon danışığında İrandakı son vəziyyət müzakirə olunub.

İranda isə etiraz aksiyaları davam edir.

Qeyd edək ki, İrana yayılmış etiraz aksiyaları cümə axşamı günü Məşhəddə bir qrupun bir araya gələrək iqtisadi vəziyyətə etirazı ilə başladı.

Türkiyənin Xarici İşlər Nazirliyinin dünən yaydığı açıqlamada İranda dekabrın 28-də başlayan etiraz aksiyalarının yayılaraq davam etdiyi və baş verən hadisələrdə ölənlərin olduğu, həmçinin ictimai binalara ziyan yetirildiyi barədəki xəbərlərdən naharatlıq duyulduğu vurğulanıb.

Açıqlamada Türkiyənin dost və qardaş İranın ictimai dinclik və  sabitliyinin qorunmasına böyük əhəmiyyət verdiyi bildirilərək qeyd olunub ki, prezidenti Həsən Ruhaninin xalqın sülhməqsədli nümayiş keçirməyə haqqı olduğu, ancaq qanunların tapdalanması və ictimai mülkə zərər yetirilməsi barədəki açıqlaması nəzərdə tutularaq zorakılıqdan və təxribatçılıqdan imtina edilməlidir.

Açıqlamada həmçinin “Yaxın zamanda bu ölkədə dincliyin təmin edilməsi və məntiqin qələbə çalaraq hadisələrin artmasının qarşısının alınmasını, hadisələri təhrik edəcək ifadələr və xarici müdaxilələrdən imtina edilməsini diləyirik” ifadələri yer tutub.



Әlaqәli Xәbәrlәr