Rəsmi Ankara Yunanıstana reaksiya göstərdi

Türkiyənin Xarici İşlər Nazirliyi 15 iyul çevriliş cəhdində iştirak edən 8 nəfərdən birinə sığınacaq verən Yunanıstana reaksiya göstərdi.

878964
Rəsmi Ankara Yunanıstana reaksiya göstərdi

Türkiyənin Xarici İşlər Nazirliyi 15 iyul çevriliş cəhdində iştirak edən 8 nəfərdən birinə sığınacaq verən Yunanıstana reaksiya göstərdi.

Nazirliyin bununla bağlı açıqlamasında bildirilib ki, bu qərar ilə Yunanıstan çevriliş cəhdində iştirak edənləri qoruyan və onlara quçaq açan ölkə olduğunu bir daha ortaya qoydu.

Açıqlamada “Türkiyədə demokratiya nizamanı hədəf götürən, təhlükəsizlik qüvvələrimizdən və dinc vətəndaşlardan yüzlərlə vətəndaşımızı şəhid edən günahkarların ölkəmizdə ədalət qarşısında hesaba çəkilmələrinə yenidən mane olan Yunanıstan terror və terrorla mübarizə mövzusunda bir müttəfiq ölkədən gözlədiyimiz dəstək və əməkdaşlığı göstərməmişdir.” sözləri yer tutub.

Həmçinin “Siyasi səbəblərə görə qəbul edildiyini düşündüyümüz bu qərarın Yunanıstanla ikitərəfli ələqalərimiz və regional mövzulardakı birgə fəaliyyətlərimizə şübhəsiz təsirləri olacaqdır.” deyilib.



Әlaqәli Xәbәrlәr