Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan cümə günü Fransaya səfər edəcək

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Sinop şəhərində partiyasının növbəti vilayət konqresində etdiyi çıxışda cümə günü Fransaya səfər edəcəyini açıqlayıb.

878958

Dövlət başçısı Fransaya səfəri zamanı iki ölkə arasındakı münasibətlərin müzakirə olunacağını söyləyib.

Ərdoğan çıxışında tək vətən, tək dövlət, tək millət və tək bayraq sözlərilə terror məsələsinə toxunub və deyib ki, heç kəs Türkiyəni bölə bilməyəcək. Heç kəsin gücü buna çata bilməz. Artıq terror da terrorçu da bu ölkədə olmayacaq, onların işini bitiririk. Hazırda əsgərimizlə, polisimizlə terrora qarşı mübarizəmiz davam edir.

Dövlət başçısı Ərdoğan 2018-ci ilin 2019-cu il üçün sıçrayış ili olduğunu, Türkiyənin iqtisadiyyatda 11 faiz böyümə ilə dünyanın bir nömrəsinə çevirildiyini də sözlərinə əlavə edib.

Әlaqәli Xәbәrlәr