Sudanda Əminə Ərdoğana təşəkkür edildi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Sudan prezidenti Ömər əl-Bəşirin həyat yoldaşı Widad Babiker Ömər Modavi ilə görüşüb.

875065
Sudanda Əminə Ərdoğana təşəkkür edildi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Sudan prezidenti Ömər əl-Bəşirin həyat yoldaşı Widad Babiker Ömər Modavi ilə görüşüb.

Ərdoğanın Xartum səfərinə müşayiət edən Əminə Ərdoğan xanım Widad Babiker Ömər Modavi ilə Dostluq Sarayında görüşüb.

Modawi nazir və millət vəkillərindən ibarət heyətlə Əminə Ərdoğanın simasında dövlət başçısı Ərdoğana və Türkiyəyə Qüds mövzusundakı mövqeyinə görə təşəkkür edib.

Sudanlı heyət Türkiyəni İslam aləminin problemləri mövzusundakı qabaqçıl roluna görə təqdir etdiklərini də bildirib.

Əminə Ərdoğan da Türkiyənin hər zaman Sudanın inkişaf  prosesinə dəstək olacağını, dost və qardaş Sudan xalqının hər zaman yanında olacaqlarını söyləyib.


Etiketlәr: #İslam aləmi , #Sudan , #Qüds

Әlaqәli Xәbәrlәr