Daun sindrmlu Məhəmməd ət-Tavil və  ailəsi prezidentin qəbulunda olub

Prezident Rəcəb Tayyib Ərdoğan İsrail təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, daha sonra sərbəst buraxılan və pisixoloji müalicə almaq üçün Türkiyəyə gətirilən daun sindromlu fələstinli gənc Məhəmməd ət-Tavil və ailəsini qəbul edib.

873867
Daun sindrmlu Məhəmməd ət-Tavil və  ailəsi prezidentin qəbulunda olub
arslan down sendromlu filistinli.jpg

Prezident Ərdoğan, administrasiyada qəbul etdiyi doun sindromlu Fələstinli Məhəmməd ət-Tavil, anası Vəcihə və atası Xəlil İbrahim ət-Tavil ilə bir müddət söhbət etdikdən sonra çəkilən fotoları Tvitter səhifəsində paylaşıb. Həmin  fotolarla  ilə    BMT Baş Məclisinin qəbul etdiyi qətnaməyə münasibət bildirib: “Qüdslü Məhəmməd qardaşımla dünyaya mesajımız budur: “Qüds qırmızı xəttimizdir”.

Fələstinli Məhəmməd və ailəsi Nəqliyyat, Dənizçilik və İnformasiya naziri Əhməd Arslanın da qəbulunda olub.

Nazir Arslan, qəbul zamanı, dünyanın Fələstin məsələsinə biganə qalmağına və yaşanan zülmləri görməzlikdən gəlməsinə reaksiya verərək: “İsrail yalnız Məhəmməd qardaşımıza yox, kişi-qadın, uşaq-yaşlı demədən hər kəsə zülm edir. Türk xalqının, Fələstinli qardaşlarına dəstəyi davam edəcək”.

Digər tərəfdən Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü də, daun sindromlu Fələstinli Məhəmməd ət-Tavilin ailəsinin Türkiyəyə gətirilməsinə başçılıq edən Beynəlxalq Daun Sindromu Federasiyasının prezidenti Məhəmməd Abdullah Tuncayı nazirlikdə qəbul edib.

Qəbul zamanı, müharibə və ədalətsizliklərdən ən çox uşaqların təsirlindiyini ifadə edən nazir Özlü: “İsrail əsgərləri tərəfindən nəzarətə alınan, şikəncə edilən, daha sonra sərbəst buraxılan Fələstinli gənc Məhəmməd Tavili və ailəsini qəbul etmənin qürurunu yaşayıram. Məhəmməd kimi simvol adlar və bir çox naməlum qəhrəmanlar sayəsində, hüquq, vicdan və ilahi ədalətin qələbə qazanacağına inanıram” deyə   vurğulayıb. 

 



Әlaqәli Xәbәrlәr