“Bu qərar Qüds üçün, sülh üçün yeni imkan yaratdı”, B. Yıldırım

Baş nazir Binəli Yıldırım BMT Baş Məclisinin ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qərarını rədd edən qətnamənin qəbul edilməsinin Qüds üçün, sülh cəhdləri üçün bölgədə yeni imkan yaratdığını söyləyib.

873369
“Bu qərar Qüds üçün, sülh üçün yeni imkan yaratdı”, B. Yıldırım

Baş nazir Binəli Yıldırım BMT Baş Məclisinin ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qərarını rədd edən qətnamənin qəbul edilməsinin Qüds üçün, sülh cəhdləri üçün bölgədə yeni imkan yaratdığını söyləyib.

Baş nazir qərarı dəyərləndirərək deyib ki, BMT Baş Məclisinin Qüdslə bağlı qəbul etdiyi qərar məmnuniyyətlə qarşılandı. Bu qərar Qüds üçün, sülhün yaranması üçün yeni fürsətdir. Təhdidlər ilə ölkələrin iradələrini zəmanət altına alma cəhdləri BMT Baş Məclisində qəbul edilən bu qərarla puça çıxdı. Güclünün deyil, haqlının güclü olduğunu BMT  bütün dünyaya bir daha elan etdi. Səsvermə ABŞ rəhbərliyinin Qüdsü İsrailin paytaxtı elan etmə qərarının beynəlxalq hüquq və əlaqəli BMT qərarlarını pozduğunu, insanlıq vicdanının böyük çoxluğuna zidd qərar olduğunu güclü şəkildə təsdiq etdi. Bu qərar göstərir ki, üç səmavi din üçün də müqəddəs olan Qüdslə bağlı qəbul edilən təktərəfli qərarlar əsla qəbul edilməyəcəkdir.

Fələstin məsələsinə ədalətli və daimi həll yolu tapılmadan regional və qlobal səviyyədə daimi sülh və sabitlikdən danışıla bilməyəcəyinə diqqət çəkən baş nazir Yıldırım “Türkiyə hər zaman fələstinli qardaşlarının, əzilənin, ədalətin, insanlığın və Qüdsün yanında olacaqdır” deyib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu: "BMT Baş Məclisi  ABŞ-ın Qüds qərarını birmənalı şəkildə rədd edərək həmrəylik nümayiş etdirdi. Bu qərara görə çox şad olduq" deyə bildirib.
 
 Çavuşoğlu Türkiyənin bu günə qədər olduğu kimi, bundan sonra da Fələstinin yanında olmağa davam edəcəyini vurğulayaraq: "Türkiyə olaraq 1967-ci il sərhədləri daxilindəki  Fələstin dövləti üçün və Şərqi Qüdsün Fələstinin paytaxtı olaraq qəbul edilməsi üçün daha çox səy göstərəcəyik" ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr