“Yenilənən enerjidə texnologiya ixrac etməyi hədəf götürmüşük”, B. Yıldırım

Baş nazir Binəli Yıldırım yenilənən enerjidə texnologiya ixrac edə bilməyi hədəf götürdüklərini söyləyib.

873118
“Yenilənən enerjidə texnologiya ixrac etməyi hədəf götürmüşük”, B. Yıldırım

Baş nazir Binəli Yıldırım yenilənən enerjidə texnologiya ixrac edə bilməyi hədəf götürdüklərini söyləyib.

Baş nazir Yıldırım paytaxt Ankarada Günəş Modulu fabrikinin təməlqoyma mərasimində etdiyi çıxışda deyib ki, hədəfimiz ölkəmizdə yenilənən enerji sahəsində texnologiya istehsal və hətta ixrac ölkə statusuna qovuşmaqdır.

Bir ölkənin inkişafının, böyüməsinin və tərəqqisinin ən qədər enerji istehsal etdiyindən və nə qədər enerji istehlakından asılı olduğunu bildirən baş nazir Yıldırım “Ölkəmizdə mövcud enerji gücünün 45 faizini yenilənən enerji qaynaqlarına çevirə bilərik.  Hazırda bu miqdar 32 faizdir, 45 faizə qədər qısa və orta müddətdə bu miqdarı artıra bilərik.” deyə söyləyib.



Әlaqәli Xәbәrlәr