Bakıda ‘‘Bir Millәt İki Dövlәt’’ adlı rәsm sәrgisinin açılışı olub

Azәrbaycanın paytaxtı Bakıda Alp Gürxan Yalçınerin dostluq şarjı janrında çәkdiyi rәsmlәrdәn ibarәt ‘‘Bir Millәt, İki Dövlәt’’ adlı sәrgisinin açılışı olub.

872527
Bakıda ‘‘Bir Millәt  İki Dövlәt’’ adlı rәsm sәrgisinin açılışı olub

Türk Mәdәniyyәt vә İrs Fondu ilә Türkiyә Xarici İşlәr Nazirliyinin tәşkilatçılığı ilә keçirilәn sәrginin açılış mәrasimindә Türkiyәnin xarici işlәr naziri  Mövlud Çavuşoğlu,  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycan Ailә, Qadın və Uşaq Problemlәri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova,  Türk Mәdәniyyәt  İrs Fondunun başçısı  Günay Əfəndiyeva, millət vəkilləri və çox sayda rәsmi şәxs iştirak edib.

Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu mәrasimdә açılış nitqi ilә çıxış edib.

‘‘Türkiyә vә Azәrbaycan ortaq mәdәni dәyәrlәrә sahibdir. Türkiyә vә Azәrbaycan hәqiqәtәn bir millәt iki dövlәtdir. Dildә bәzi fәrqliliklәr  var. Bu da bizim zәnginliyimizdir. Әhәmiyyәtli olan bütün bu zәnginliyimizi üzә çıxarmaq vә yaşadmaqdır’’,- deyә Mövlud Çavuşoğlu vurğulayıb.



Әlaqәli Xәbәrlәr