Heç kim Türkiyəni nəzərə almadan bu regiona aid bir plan qura bilməyəcək

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Artvindəki çıxıışı zamanı söylədi.

869799
Heç kim Türkiyəni nəzərə almadan bu regiona aid bir plan qura bilməyəcək

 Türkiyənin baş naziri Binəli Yıldırım Artvində çıxış etdi.
 
 Baş nazir çıxışında: "Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Trump ötən günlərdə Qüdsü İsrailin paytaxtı elan edib. Bu qərar bizim üçün heç bir məna kəsb etmir. Çərşənbə günü İslam Əməkdaşlıq Təşkilatının(İƏT) fövqəladə toplantısı keçirildi. O toplantı göstərdi ki, Qüds, fələstin xalqı tək deyil. Türkiyəni nəzərə almadan heç kim bu regiona aid bir plan qura bilməz.  Heç kim 2 milyardlıq İslam dünyasına məhəl qoymayaraq, "mən etdim, oldu" anlayışı ilə hərəkət edə bilməz. Bütün beynəlxalq platformalarda Fələstinə, Qüdsə sahib çıxmışıq, bundan sonra da sahib çıxmağa davam edəcəyik. Türkiyədən başqa heç bir ölkənin Qüdsdə səfirlik səviyyəsində Fələstin üçün bir missiyası yoxdur"- dedi.
 
Baş nazir Binəli Yıldırım Ərdahanda da  çıxış edərək: "Şərqi Qüds İsrailin deyil, Fələstinin paytaxtı olacaq, dedik. İnşallah, bunu Birləşmiş Millətlər Təşkilatı nəzdindəki beynəlxalq toplantılarda da dilə gətirəcəyik. Fələstinin daha çox tanınması üçün lazımi səyi göstərəcəyik"-deyə danışdı.



Әlaqәli Xәbәrlәr