Son bir həftədə 7 terrorçu zərərsizləşdirildi

Türkiyənin Daxili İşlər Nazirliyi ölkə miqyasında 4-11 dekabr tarixləri arasında keçirilən əməliyyatlarda 7 terrorçunun zərərsizləşdirildiyini bildirdi.

865743
Son bir həftədə 7 terrorçu zərərsizləşdirildi

Türkiyənin Daxili İşlər Nazirliyi ölkə miqyasında 4-11 dekabr tarixləri arasında keçirilən əməliyyatlarda 7 terrorçunun zərərsizləşdirildiyini bildirdi.

Nazirliyin açıqlamasına görə, son həftədə teror təşkilatları ilə mübarizə çərçivəsində təhlükəsizlik qüvvələri tərəfindən min 323 əməliyyat həyata keçirildi.

Əməliyyatlarda terror təşkilatına yardım etmək iddiası ilə 153, terror təşkilatı DEAŞ ilə əlaqədə olduqları iddiası ilə 67, Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) ilə mübarizə çərçivəsində 699, sol meyilli terror təşkilatları ilə mübarizə çərçivəsində isə 4 şübhəli tutulub.

Həyata keçirilən planlı əməliyyatlarda 923-ü terror günahları, 74-ü nizamsız köç və 3 min 65-i narkotik maddə və qaçaqçılıq günahlarından olmaqla 4 min 62 nəfər həbs edilib.

Əməliyyatlarda 2-si ölü, 2-si sağ, 3-ü təslim olmaqla 7 terrorçu zərərsizləşdirilib.

Ayrıca cari ilin avqust ayının 22-də Van vilayətinin Gürpınar qəsəbəsində ölü olaraq ələ keçirilən terrorçuların parmaq izlərinin tədqiqi nəticəsində Şırnak və Van şəhərlərində 2 təhlükəsizlik qüvvəsinin şəhid olduğu, 5-nin isə yaralandığı hücumların da arasında olduğu 12 əl istehsalı bomba ilə hücumun məsulları olduqları müəyyənləşdirilib.  

Batman, Bingöl, Bitlis, Diyarbəkir, Hakkari, Mardin, Siirt, Hatay və Tuncelidə keçirilən əməliyyatlarda terror təşkilatı mənsublarının istifadə etdiyi 22 sığınacaq yer və mağara ilə minalanmış yerlər məhv edilib.



Әlaqәli Xәbәrlәr