“Biz bu qərarı tanımırıq, tanımayacağıq”, R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trumpın Qüdslə bağlı qərarı ilə axıdılan qana şərik olduğunu bildirib.

865832
“Biz bu qərarı tanımırıq, tanımayacağıq”, R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trumpın Qüdslə bağlı qərarı ilə axıdılan qana şərik olduğunu bildirib.

“Biz bu qərarı tanımırıq, tanımayacağıq. Trumpın açıqlamasının bizim üçün heç bir etibarı yoxdur, Qüds üçün də eləcə”-deyə Ərdoğan vurğulayıb.

Ankara Ticarət Palatasının mərkəzi qərargahında keçirilən Beynəlxalq İnsan Haqları Günü tədbirində etdiyi çıxışda dövlət başçısı Ərdoğan deyib ki, inkişaf etdiyi rəqəmlərlə Türkiyəni zəif göstərmək üçün cəhd göstərən daxili və xarici qərəzli mövqeyi olanlara ən gözəl cavab verildi. Türkiyə ona etimad edən, inanan, sərmayə qoyan heç kəsin xəyallarını puça çıxarmadı, heç vaxt çıxarmayacaq.

“Qüdsü müsəlmanlara və digər dinlərin mənsublarına zindan edənlər, əllərinə dəyən qanı heç vaxt təmizləyə bilməyəcəklər. Fələsdin və Qüds məsələsi bir lakmus kağızıdır. Bu məsələdə məzlumun yanında olmayanın qlobal sülh mövzusunda söyləyəcək sözü olmaz.”deyib.

Əgər dünyada qaçqınlara yiyə durmaq mövzusunda bir mükafat veriləcəkdirsə, buna ən çox haq qazanan ölkə Türkiyədir deyən Ərdoğan bildirib ki, heç kəsin məzlumları, incidilən insanları nə üçün ölkəmizdə saxladığımızı mühakimə etməyə haqqı yoxdur.



Әlaqәli Xәbәrlәr