Süleyman Soylu iranlı hәmkarı ilә bir araya gәlib

Türkiyənin daxili işlər naziri Süleyman Soylu İran daxili işlər naziri Abdurrıza Rəhmani Fəzli ilə görüşmək üçün İrana sәfәr edib.

864951
Süleyman Soylu iranlı hәmkarı ilә bir araya gәlib

Türkiyənin daxili işlər naziri Süleyman Soylu İran daxili işlər naziri Abdurrıza Rəhmani Fəzli ilə görüşmək üçün İrana sәfәr edib.

Süleyman Soylu və onu müşayiət edən nümayəndə heyətini Mihrabad hava limanında İran daxili işlər nazirinin müavini Hüseyin Zülfikari və Türkiyənin Tehrandakı səfiri Rza Hakan Tekin tәrәfindәn qarşılanıb.

Süleyman Soylunun iranlı həmkarı Rəhmanı Fəzli ilə keçirdiyi görüşdə sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq, terrorizmlə və qaçaqmalçılıqla mübarizə məsələlərinin müzakirə olunduğu bildirilib. 
Daxili işlər nazirinə bir günlük İran səfərində jandarm baş komandanı, ordu generalı Arif Çetin və Polis İdarəsinin rəhbəri Səlami Altınok müşayiət edib.



Әlaqәli Xәbәrlәr