Xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə görüşlər keçirir

NATO xarici işlər nazirlərinin yığıncağında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu baş katib Yens Stoltenberqlə bir araya gəlib.

862206

NATO-nun açıqlamasında bildirilib ki, görüşdə xarici işlər nazirləri yığıncağının gündəmilə yanaşı keçən ay Norveçdə keçirilən “Trident Javelin” təlimi müzakirə olundu.

Açıqlamada baş katib Stoltenberqin səbəb olunan incikliyə görə üzr istəmək üçün dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Çavuşoğlu ilə danışdığı xatırladılaraq qeyd olunub ki, baş katib görüş zamanı NATO hərbi səlahiyyətlilərinin hadisənin və baş verənlərin təkrarlanmaması üçün görülməsi vacib olan tədbirləri araşdırdığını açıq şəkildə dilə gətirdi.

Xarici işlər naziri Mövlud Çavuşoğlu norveçli həmkarı ilə də bir araya gəlib.

Görüşdən sonra Türk jurnalistlərə açıqlama verən Norveçin xarici işlər naziri Soreide deyib ki, Türk həmkarımla görüşümüz xeyli səməli keçdi. İkitərəfli əlaqələri, miqrant məsələsi, köç və Türkiyənin bölgədəki vəziyyəti yaxşılaşdırmaq üçün etdiklərini müzakirəyə çıxardıq.

Norveçdəki NATO təlimində yaşanan hadisəni də dəyərləndirdiklərini vurğulayan nazir “NATO buna çox sürətli şəkildə cavab vermişdir. Norveç də eləcə. Bu problemi geridə qoyduğumuza inanıram.” deyə bildirib.

Әlaqәli Xәbәrlәr