Heç kim vətənimizi parçalaya biləcəyini zənn etməsin

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi.

860078
Heç kim vətənimizi parçalaya biləcəyini zənn etməsin

 Türkiyə prezidenti və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının 6-cı fövqəladə Qars Qurultayından əvvəl vətəndaşlara müraciət etdi.

  Ərdoğan çıxışında terrorla mübarizədən danışaraq: "Heç kim  vətənimizi parçalaya biləcəyini zənn etməsin. Buna cəhd edənlər unutmasənlar ki, Cudidə, Tendürəkdə, Qəndildə onlara (PKK terrorçularına) F16-larla bombalar yağdırdıq, onları yerlə yeksan etdik. Bundan sonra da etməyə davam edəcəyik" dedi.

Türkiyə prezidenti bir həftə ərzində 100 PKK terrorçusunun zərərsizləşdirildiyini bildirərək:" Əgər bu ölkəni parçalamağa cəhd etməyə davam edərlərsə, bu 100-lər 200, 300,1000 olacaq. Mənim millətimin dinc həyatına, rifahına heç kim qəsd etməyə cəhd göstərməsin. Biz millətimizin birliyi , ölkənin əmin-amanlığı üçün varıq" deyə bildirdi.



Әlaqәli Xәbәrlәr