"Türkiyə-Makedoniya iqtisadi əməkdaşlığının inkişafında yeni üfüqlər" adlı simpozium keçirildi

Makedoniyanın paytaxtı Skopyedə "Türkiyə -Makedoniya iqtisadi əməkdaşlığının inkişafında yeni üfüqlər" adlı simpozium keçirildi.

858316

İqtisadi Araşdırmalar Vəqfi və Makedoniya-Türkiyə Ticarət Palatasının  (MATTO) əməkdaşlığı ilə təşkil olunan simpoziuma Makedoniyanın xarici sərmayələr üzrə nümayəndəsi Türk mənşəli dövlət naziri Adnan Kahil, Türkiyənin Skopye səfiri Erkal Kara, ölkədəki Türk qurum və təşkilatlarının nümayəndələri, iş adamları və dəvətlilər qatıldılar.

İqtisadi Araşdırmalar Vəqfinin sədri Əhməd İncekara simpoziumun Makedoniyada ikinci dəfə keçirildiyinə diqqət çəkdi.

Skopye səfiri Tülib Erkal Kara simpoziumda çıxış edərək, Türkiyə ilə Makedoniya arasında  əsrlərə söykənən dostluq əlaqələrinin olduğunu vurğuladı.

Nazir Adnan Kahil də sərmayə qoyacaq iş adamlarına veriləcək dəstəklərlə əlaqədar məlumat verdi.

Toplantıda iki ölkə arasındakı ticarət və sərmayə mövzuları da müzakirə olundu.

Әlaqәli Xәbәrlәr