Türkiyədən PYD-yə "Bir gecə qəflətən gələ bilərik" ismarıcı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu separatçı terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG-nin nəzarətindəki Afrin bölgəsindən Türkiyəyə qarşı hər hansı bir təhdidin olması halında  qəflətən bölgəyə girə biləcəklərini söylədi.

858452
Türkiyədən PYD-yə "Bir gecə qəflətən gələ bilərik" ismarıcı

Bakıda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Pakistan xarici işlər naziri Xoca Məhəmməd Asıf ilə ikitərəfli və üçtərəfli görüşlər keçirdi.

Görüşlərdən sonra birgə mətbuat konfransı oldu.

Mövlud Çavuşoğlu mətbuat konfransında çıxış edərək, Suriyadakı proseslərdən danışdı.

Türkiyənin xarici işlər naziri:"Daha əvvəl (24 avqust 2016-cı ildə başlayan və 216 gün davam edən Fərat Qalxanı Əməliyyatı) Kilisə və bölgəyə təhdid gəldiyi zaman heç tərəddüd etmədən o bölgəyə girərək, oranı terror təşkilatı DEAŞ-dan azad etdik. Afrin, və ya başqa bir bölgədən də Türkiyəyə qarşı təhdid gələrsə, oralara tərəddüdsüz girərik, oraları terrorçulardan təmizləyirik. Yəni prezidentimiz Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, "bir gecə qəflətən girə bilərik" dedi.
 
 Amerika Birləşmiş Ştatlarının  PYD/YPG-yə verdiyi silahlara dair ABŞ rəsmilərindən gələn ziddiyyətli açıqlamalara da toxunan Çavuşoğlu: "ABŞ prezidenti Trump şəxsən cənab prezidentimizə telefonda bundan sonra YPG-yə silah verilməyəcəyini söylədi. Biz ABŞ-ın daxili işlərinə qarışmırıq, amma Pentaqon (ABŞ Müdafiə Nazirliyi) öz prezidentinə qulaq asmırsa, bu ,nəticədə bizi maraqlandırır. Çünki oraya verilən silahlar bizə qarşı təhdiddir. Amma bu, bir az da ABŞ-ın daxili məsələsidir. ABŞ kimi böyük bir ölkənin prezidentinin sözünə əməl olunmalıdır. Biz Türkiyə olaraq buna çox əhəmiyyət veririk. Biz verdiyimiz hər sözü tutarıq" ifadələrini istifadə etdi.

 

 



Әlaqәli Xәbәrlәr