"Prioritet hədəflərimizin başında bu platformaların genişləndirilməsidir..." B.Yıldırım

Türkiyənin Baş naziri Binəli Yıldırım kiber təhlükəsizliyin milli təhlükəsizliyə bərabər olduğunu vurğuladı.

857839
"Prioritet hədəflərimizin başında bu platformaların genişləndirilməsidir..." B.Yıldırım

  Netaş 50 tədbirində çıxışında B.Yıldırım deyib:

  “Kiber təhlükəsizlik və fərdi məlumatlarımızın məxfiliyini təmin edəcək tədbirləri gecikməsiz görmək lazımdır. Bu, artıq milli təhlükəsizliyimizin dəyişməz və mühüm vəzifəsi halına gəlir. Kiber təhlükəsizlik bərabərdir milli təhlükəsizliyə. 2023 hədəflərinə çatmaq üçün iqtisadi inkişaf həmləsini həyata keçirmək şərtdir. Ən çox informasiya və kommunikasiya texnologiyaları sahəsində intensivləşməliyik.

  Birinci prioritetimiz yerli texnoloji yüksək məhsulları inkişaf etdirməkdir. Yerli proqramçılığı inkişaf etdirmə platformasına mütləq sahib olmalıyıq.  Bunu etməsək - həqiqi mənada texnoloji biliyə sahib ola bilməsək, məlumatlarımızı başqalarının istifadəsinə vermə imkanımız da olmayacaq. Bundan sonrakı prioritet hədəflərimizin başında bu platformaların genişləndirilməsi olacaq".



Әlaqәli Xәbәrlәr