TRT online müraciət sisteminə keçir

TRT-nin baş direktoru İbrahim Eren yanvar ayından etibarən online müraciət sisteminə keçəcəklərini və layihəsi olanların artıq Ankaraya gəlmələrinə ehtiyac qalmayacağını bildirdi.

854847
TRT online müraciət sisteminə keçir

Türkiyə Radio Televiziya Qurumu - TRT online müraciət sisteminə keçir.
 
 TRT-nin baş direktoru İbrahim Eren yanvar ayından etibarən online müraciət sisteminə keçəcəklərini və layihəsi olanların artıq Ankaraya gəlmələrinə ehtiyac qalmayacağını bildirdi.
 
  TRT-nin baş direktoru İbrahim Eren  İstanbulda "V Beynəlxalq Boğaziçi Film Festivalı"nda kinosevərlərlə görüşdü.
 
 İbrahim Erenf festival çərçivəsində təşkil olunan söhbət proqramına qatıldı.

Proqramda çıxış edən baş direktor TRT-nin yenilənməyə və inkişafa davam etdiyinin vurğuladı və Hindistan, Çin, Malayziya, İndoneziya və Cənubi Amerika bazarına açılmaq və bu məkanlarla birgə işlər görmək istədiklərini söylədi.
 
 Erenin TRT üçün layihə hazırlayanlara da müjdəli xəbəri verərək: "Yanvar ayından etibarən online müraciət sisteminə keçirik. Komissiyaya girməzdən əvvəl Ankaraya gəlməyinizə ehtiyac yoxdur. Artıq yeni açacağımız sistemlə müraciətinizi edə biləcəksiniz. Bu, layihəyə dair bütün detalların yüklənə biləcəyi bir sistem olacaq" dedi. 
 
İbrahim Eren Avroviziya Mahnı Müsabiqəsi ilə bağlı verilən suala müsabiqəyə qatılmamağa davam edəcəkləri cavabını verdi.



Әlaqәli Xәbәrlәr