Dünyanın ən böyük 10 layihəsindən 6-sını biz həyata keçirdik

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Antalyada keçirilən Beynəlxalq e-ticarət Konferansının bağlanış mərasimində bildirdi.

852213
Dünyanın ən böyük 10 layihəsindən 6-sını biz həyata keçirdik

Türkiyənin baş naziri Binəli Yıldırım Antalyada keçirilən Beynəlxalq e-ticarət Konferansının bağlanış mərasimində çıxış etdi.
  

İnformasiya, iqtisadiyyat və  regional məsələlər baş nazirin çıxışının əsas maddələri idi.

Binəli Yıldırım çıxışında Türkiyənin e-ticarət hədəflərini açıqlayaraq 2023-ci ilə aid e-ticarət hədəfinin 350 milyard lirə olduğunu bildirdi.

Yıldırım: "Məqsədimiz yaxın gələcəkdə ölkəmizi dünya rəqəmsal iqtisadiyyatları arasında görməkdir. Bunun əlbəttə ki, ixraca da töhfəsi olacaq, yəni ixrac hədəflərinni həyata keçirilməsini asanlaşdıracaq. Adambaşına düşən milli gəlirdə artım var. Dünyada qlobal böhran hələ davam edir.  Lakin Türkiyə böhrana baxmayaraq, son 15 ildə böyümədə qlobal inkişafdan geridə qalmayıb. Dünyada 10 böyük layihə var, 6-nıTürkiyə həyata keçirdi. Bunlar Osmanqazi körpüsü, Yavuz Sultan Səlim körpüsü, Dünyanın ən böyük hava limanı, Avrasiya tuneli, Marmaray və 1915 Çanaqqala körpüsüdür" dedi.
 
 Türkiyənin baş naziri  bölgədəki böhranlarını həlli ilə əlaqədar Rusiya və Amerika Birləşmiş Ştatları ilə intensiv danışıqlar aparıldığını qeyd etdi.
 

 



Әlaqәli Xәbәrlәr