Türk Qızılayı Ərbil və Süleymaniyyəyə yeni yardım karvanı göndərdi

Türk Qızılayı tərəfindən İraqda zəlzələdən zərər çəkənlər üçün göndərilən humanitar yardımın bir hissəsi Ərbil və Süleymaniyyəyə çatdırıldı.

847713
Türk Qızılayı Ərbil və Süleymaniyyəyə yeni yardım karvanı göndərdi

 Türk Qızıayı tərəfindən İraqda zəlzələdən zərər çəkənlər üçün  göndərilən, çadır, yorğan və qida yüklənmiş 18 tır Habur sərhəd qapısından keçərək Ərbilə çatdı.

Bundan başqa, Türkiyədən göndərilən və təcili humanitar yardım daşıyan 14 tır da zəlzələnin olduğu Süleymaniyyə şəhərinə çatdı.

Qeyd edək ki,Türk Qızılayı dəstələri episentri Süleymaniyyədə olan 7.3 bal gücündəki zəlzələdən dərhal sonra bölgəyə gedərək, zəlzələ qurbanlarına yardım çatdırmışdılar.

 

 

 

 



Әlaqәli Xәbәrlәr