Ərdoğan icra başçıları və bələdiyyə sədrlərindən xahiş etdi...

Mədəni İrsi Bərpa proqramında çıxış edən R.T.Ərdoğan deyib...

845585
Ərdoğan icra başçıları və bələdiyyə sədrlərindən xahiş etdi...

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan icra başçısı və bələdiyyə sədrlərinə göydələn binalar tikilməsinə imkan verməmələrini tövsiyə edib.

  Mədəni İrsi Bərpa proqramında çıxış edən R.T.Ərdoğan bu barədə deyib: “Şəhərlərimiz dəyişir. Köhnə və qanunsuz həyət evləri sökülür. Amma icra başçıları və bələdiyyə sədrlərimizdən xahiş edirəm: rayon və şəhərlərimizdə göydələn binaların tikilməsinə icazə verməyin. Memarlıq anlayışımızda bizim üçün əsas olan üfüqi arxitekturadır. Biz buna yönəlməliyik. Bu zaman şəhərlərimizin daha çox gözəlləşdiyinin, fərqli olduğunun şahidi olacaqsınız. Şəhərlərimizin uyğunsuz binalarla eybəcər görünməsinə dözməməliyik. Kəndlərimiz, hətta yaylaqlarımızda belə uyğunsuz tikililərə yol verməməliyik. Tariximizə sahib çıxaq, tariximizlə güclənək. Gələcəyimizi bu memarlıq əsərlərinin üzərində inşa edək."



Әlaqәli Xәbәrlәr