Regionda yeni bir böhranın yaranması dağıdıcı nəticələrə səbəb ola bilər

Bunu Birləşmiş Millətlər Təşkilatının baş katib Antonio Gutterres Livanda baş verənlərə görə narahat olduğunu bildirərkən söylədi.

845266
Regionda yeni bir böhranın yaranması dağıdıcı nəticələrə səbəb ola bilər

  Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Gutterres  BMT Baş Qərargahında mətbuat nümayəndələri ilə görüşdü.

Gutterres jurnalistlərin suallarını cavablandırarkən Səudiyyə Ərəbistanı və İran arasında artan gərginliyi və Livandakı prosesləri dəyərləndirdi.

 BMT baş katibi Səudiyyə Ərəbistanı, Livan və regionda nüfuz sahibi olan ölkələrin dövlət adamları ilə siyasi və diplomatik səviyyədə intensiv görüşlər keçirdiyinə diqqət çəkdi, Livanda baş verən hadisələrə görə narahat olduğunu qeyd etdi, Livanın birlik və sabitliyinin qorunmasının əhəmiyyətini vurğuladı.

  Gutterres:"Livanda sülhün qorunmasını istəyirik. Regionda yeni bir böhranın yaranması dağıdıcı nəticələrə səbəb ola bilər. Ümid edirik ki, regionda faciəli nəticələr doğuracaq gərginlik olmayacaq" dedi.

Qeyd edək ki, Livanın baş naziri Saad Hariri 2016-cı ilin dekabrında hökumət qurmuş, lakin üstündən 1 il keçmədən noyabrın 4-də  Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda istefa verdiyini açıqlamışdı.

 Hariri  istefa çıxışında Hizbullah və İranın bölgənin sabitliyini pozduğunu, ona qarşı sui-qəsd təşkil edilə biləcəyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr