Nazir müavini Yunanıstanda həmyerlilərilə görüşdü

Türkiyənin Baş nazirinin müavini Hakan Çavuşoğlu Yunanıstana etdiyi rəsmi səfərin ikinci günündə Qərbi Frakiya bölgəsində yaşayan türklərlə bir araya gəlib.

840860
Nazir müavini Yunanıstanda həmyerlilərilə görüşdü

    H.Çavuşoğlu Qərbi Frakiyanın dağlıq bölgələrində yerləşən türklərin tarixi kəndləri Ketenlik və Şahində böyük ruh yüksəkliyilə qarşılanıb. İlk olaraq İskeçe Ketenlik kəndinə gedən Çavuşoğlu Ketenlik Kənd Meydanında toplanan minlərlə vətəndaşa xitab edib: “Gələcəyə ümidlə baxın. Əsla ümidsizliyə və çarəsizliyə qapanmayın. Türkiyə Qərbi Frakiyadakı türkləri heç vaxt yalnız qoymayacaq. Sizin içinizdən çıxan bir qardaşınız olaraq hər zaman yanınızdayıq.”

  Çıxışından sonra Türkiyə Baş nazirinin müavini soydaşlarla söhbət edib, rəngarəng yerli paltarlar geyinən uşaqlarla xatirə şəkiləri çəkdirib.

  Hakan Çavuşoğlu daha sonra Şahin kəndinə keçib. Burada da yerli və ətraf kəndlərdən toplanan türklərdən ibarət böyük bir izdiham tərəfindən sevinclə qarşılanıb. Çavuşoğlu burada bir eyvandan izdihama müraciət edib.

  Səfərinin son hissəsində Türkiyənin Baş nazir müavini doğulduğu və uşaqlığını keçirdiyi Delinasuf kəndinə gedib. Burada da həmyerliləri tərəfindən sevgi ilə qarşılanan H.Çavuşoğlu kəndlilərə müraciət edib: "Qərbi Frakiya səfərlərimizi başa vursaq da, könlümüz siz qardaşlarımızda qalır. Daim sizinləyik, bərabərik".



Әlaqәli Xәbәrlәr