İraq və  Suriyada müəyyən edilən bütün terror düşərgələrini yerlə yeksan edəcəyik

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi.

840504
İraq və  Suriyada müəyyən edilən bütün terror düşərgələrini yerlə yeksan edəcəyik

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Manisada açılış mərasimində çıxış edərək  Hakkarinin Şemdinli rayonunda 6 əsgər və 2 mühafizəçinin,  Diyarbəkirdə bir polisin şəhid olduğunu xatırlatdı, bölgədəki əməliyyatların davam etdiyini və 55 terrorçunun zərərsizləşdirildiyini bildirdi.
 
 Ərdoğan separatçı terror təşkilatı PKK-nın terrorla mübarizədə bu günə qədər aldığı zərbələrdən daha ağırını ala alcağını qeyd edərək:"Bu təşkilatın arxasında hansı dövlətin durduğu bizi maraqlandırmır. Heç bir qanuni dövlət, öz hərbçilərini terrorçularla bir yerdə tutmaz. Bizim üçün terrorçuların yanında olan hər kəs terrorçudur. Bu günə qədər müttəfiqlik deyərək, strateji tərəfdaşlıq deyərək, ittifaq münasibətləri deyərək  başımızı qatdıqlarını güman edənlərə son sözümüz budur: "Biz İraqda və Suriyada aşkar etdiyimiz bütün terror düşərgələrini yerlə yeksan edəcəyik.Qəndildəki və Sincardaki problemi bu bölgələrin hüquqi hakimi olan dövlət həll etməsə, biz buraları yerlə yeksan edəcəyik. Cerablus-Əl Bab xəttində müvəffəqiyyətlə başa çatdırdığımız, İdlibdə yenə də uğurla davam etdirdiyimiz əməliyyatlarımızı hər an digər regionlara yaya bilərik" dedi.



Әlaqәli Xәbәrlәr