Ərdoğan-Putin görüşünə hazırlıqlar başladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiyanın dövlət başçısı  Vladimir Putinin yeni görüşü üçün hazırlıqlar aparılır.

839738
Ərdoğan-Putin görüşünə hazırlıqlar başladı

 Kremlin sözçüsü Dmitriy Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiyanın dövlət başçısı  Vladimir Putinin yeni görüşü üçün hazırlıqların aparıldığını bildirdi.
 
 Peskov görüşə aid başqa bir detal vermədi.
 
 Prezident Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə verdiyi müsahibədə gələn, və ya sonrakı həftə Rusiya prezidenti ilə görüşəcəyini söyləmişdi.
 
 Ərdoğan və Putin son dəfə sentyabrın 28-də Türkiyənin paytaxtı Ankarada bir araya gəlmişdilər. Liderlərin gündəmində başlıca olaraq, Suriya böhranı yer almışdı.
 
 Qeyd edək ki, Türkiyə və Rusya İranla yanaşı, Suriya böhranının sülh yolu ilə həll olunması üçün Qazaxıstanın paytaxtı Astanada aparılan danışıqlarda zəmanətçi ölkələr olaraq çıxış edirlər.



Әlaqәli Xәbәrlәr