"TİM İxracat Həftəsi 2017" keçirildi

İxracat və investisiya sahəsindəki inkişafımız ən böyük gücümüz olacaq. B.Yıldırım

838713
"TİM İxracat Həftəsi 2017" keçirildi

Baş nazir B.Yıldırım, İstanbulda keçirilən "Türkiyə İxracatçılar Mərkəzi (TİM) İxracat Həftəsi 2017" tədbirində etdiyi çıxışında investisiya, məşğulluq, istehsal və ixracatın, iqtisadiyyatdakı əhəmiyyətinə diqqət çəkib.

Türkiyənin qarşıdakı 10 il ərzində ixracat və investisiya sahəsindəki inkişafı ən böyük gücü olacağını ifadə edərək: “İlin ilk yarısında böyümənin 3,9% -nin investisiyalardan və ixracatdan təmin olunması bunun göstəricisidir. Türkiyəni yalnız bölgədə deyil, dünyada daha nəhəng ticarət mərkəzi mövqeyinə qovuşdurmaqda üçün ciddi addımlar atırıq. Hədəfimiz daha rəqabətçi, daha çox əlavə dəyər istehsal edən, araşdırma və inkişaf etdirməyi, innovasiyanı zirvəyə daşıyan iqtisadi zəmin yaratmaqdır. Dünyada güclənən iqtisadiyyatların hansı iqtisadiyyatlar olacağı bəllidir. Gücünü itirən iqtisadiyyatlar da eləcə. Qərbdən şərqə uzanan iqtisadiyyatlar güclənəcək. Bu aşkardır. Bu səbəbdən deyirəm ki, Türkiyə uzun müddətli investisiya ediləcək ölkələrin başında iştirak edir. Türkiyənin önü açıq gələcəyi isə aydındır”.

 

 



Әlaqәli Xәbәrlәr