İbrahim Kalın mətbuata açıqlama verdi

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın İraq Kürd Regional Rəhbərliyinin Türkiyə ilə əlaqələrinin davam etməsi üçün hələ də bir sıra addımlar atmalı olduğunu söylədi.

838585

 Kalın Prezident Aparatında mətbuata açıqlamalar verərək, gündəmi dəyərləndirdi.
 
 Sözçü  İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzaninin vəzifə müddətinin uzadılmayaraq, səlahiyyətlərinin Neçirvan Bərzaniyə təhvil verilməsi ilə bölgədə yeni bir mənzərə yarandığını söylədi.
 
 Kalın Neçirvan Bərzaninin görüş tələblərinə dair verilən suala: "Prezidentimiz  uyğun gördüyü zaman bu görüşlər keçirilir. Bunun üçün Ərbil rəhbərliyi bir sıra addımlar atmalıdır" şəklində cavab verdi.
 
 Sözçü Rusiya rəhbərliyinin Suriya mövzulu toplantıya separatçı terror təşkilatı PKK-nın qolu PYD/YPG-ni də dəvət etməsinə reaksiya göstərdiklərini qeyd edərək: "Təbii ki, bunu qəbul etmək heç vaxt mümkün deyil" dedi.

Әlaqәli Xәbәrlәr