Terror tәşkilatı PKK çox sayda itki verdi

Hakkari, Şırnak, Siirt, Diyarbəkir, Ərzurum və İraqın şimalında keçirilən əməliyyatlar nəticəsində terror təşkilatının mövqeləri hədəfə alınıb.

835905
Terror tәşkilatı PKK çox sayda itki verdi

Türkiyə Silahlı Qüvvələrinin  bir həftə ərzində separatçı terror təşkilatı PKK-ya qarşı keçirdiyi hava əməliyyatı nəticəsində 72 terrorçu məhv edilib.

Hakkari, Şırnak, Siirt, Diyarbəkir, Ərzurum və İraqın şimalında keçirilən əməliyyatlar nəticəsində terror təşkilatının mövqeləri hədəfə alınıb.

Əməliyyatlar nəticəsində terror təşkilatına məxsus çox sayda silah sursat ələ keçirilib, həmçinin  Türkiyəyə qeyri-qanuni yollarla keçməyə çalışan 13 min 249 nəfər saxlanılıb.

Qeyd edək ki,  keçirilən əməliyyatlarda 7 əsgər şəhid olub, 11 əsgər də yaralanıb.



Әlaqәli Xәbәrlәr